--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Aysel Əlibəyli 24 May 2026 · 21:29 73 baxış

İstanbulda təşkil olunan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı yekunlaşıb.Festival türk dünyasının ortaq irsinin, milli-mədəni dəyərlərin və ənənəvi idman növlərinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub.

Elpress.az Azərtac – a istinadən xəbər verir ki, bu il “Dünya burada” devizi ilə keçirilən festivalda ənənəvi idman növləri, atüstü oyunlar, oxatma, güləş yarışları, səhnə proqramları, həmçinin əl işləri və etnik musiqi təqdim olunub.Festivalda Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi “Zəngəzur” Xalq Rəqsləri Ansamblı ilə təmsil olunub.Tədbir çərçivəsində “Natiq” ritm qrupu və türkdilli xalqların nümayəndələrinin yer aldığı “Rüzgar” qrupunun çıxışları da nümayiş etdirilib.Festivalda Yaponiya, Qazaxıstan, Litva, Rusiya və Qırğızıstan daxil olmaqla müxtəlif ölkələrin milli oyunları, ənənəvi idman növləri və mədəni təqdimatları yer alıb.İdman bölməsində ziyarətçilər Azərbaycanın milli idman növü olan zorxana ilə yaxından tanış olmaq imkanı qazanıblar.Bununla yanaşı, iştirakçılar oxatma və atçılıq kimi ənənəvi idman növlərini sınaqdan keçirib, emalatxanalarda isə mədəni irsin bir hissəsi olan sənət nümunələri ilə tanış olublar. Təqdim olunan milli oyunlar, səhnə çıxışları, əl işləri və qastronomiya nümunələri ziyarətçilərə fərqli təcrübə yaşadıb.Eyni zamanda, festival ərazisində yaradılan emalatxanalarda qonaqlara ənənəvi sənətlər üzrə praktiki biliklər əldə etmək imkanı verilib.Qeyd edək ki, mayın 21-dən 24-dək davam edən festivalın keçirildiyi Atatürk Hava Limanının ərazisi ziyarətçilər üçün canlı mədəniyyət məkanına çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Bakının 4 rayonunda qaz olmayacaq”

Next Article

“Qızıl mədənində faciə: Ölənlər var”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Neftçi” Cordan Rezabala ilə yollarını ayırıb

Aysel Əlibəyli 19 İyun 2026 · 20:46 76 baxış “Neftçi” futbol klubu ekvadorlu yarımmüdafiəçi Cordan Rezabala ilə vidalaşıb. Elpress.az xəbər verir ki, Bakı təmsilçisindən bildirilib ki, futbolçu ötən ilin yayında transfer olunub və bu müddətdə […]

“Zirə” braziliyalı qapıçı ilə müqavilə imzaladı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:08 22 baxış “Zirə” heyətini braziliyalı qapıçı Maykon Kleytonla gücləndirib. Azərbaycanın “Zirə” futbol klubu yeni transferini açıqlayıb. Komanda braziliyalı qapıçı Maykon Kleytonu heyətinə cəlb edib.27 yaşlı qolkiperlə 2 illik […]

Çempionlara rəsmi təbrik: Sevinc dalğası

Aysel Əlibəyli 05 İyun 2026 · 15:41 100 baxış Mehriban Əliyeva Avropa çempionu adını qazanan Azərbaycan minifutbol yığması ilə bağlı sevincini ifadə edərək komandanı uğurlu nəticə münasibətilə səmimi şəkildə təbrik edib. Mehriban Əliyeva öz “X” […]

Avropa Liqasında yarımfinal oyunları start götürür

Elşən 30 Aprel 2026 · 11:47 37 baxış UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları bu gün start götürür. Elpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi Braqa doğma meydanda Almaniyanın Frayburq klubunu qəbul edəcək. Digər qarşılaşmada […]