--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Qalatasaray” Rafael Leao üçün “Milan”la danışıqlara başlayıb

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:57 1062 baxış

İstanbul klubu portuqaliyalı ulduzun transferi üçün 43 milyon avroya qədər ödəyə bilər

Elpress.az xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leaonun transferi ilə bağlı İtaliya təmsilçisi ilə rəsmi danışıqlara start verib.Məlumata görə, İstanbul klubu 27 yaşlı futbolçunun keçidini rəsmiləşdirmək üçün “Milan”la görüşlərə başlayıb. Leao transfer prosedurlarını tamamlamaq, tibbi müayinədən keçmək və müqaviləyə imza atmaq üçün bu gün İstanbula yollanacaq.Razılaşmaya əsasən, “Qalatasaray” portuqaliyalı futbolçunun transferinə görə “Milan”a 38 milyon avro ödəyəcək. Müqavilədə əlavə olaraq 5 milyon avro məbləğində bonusların da nəzərdə tutulduğu bildirilir.Leaonun Türkiyə klubunda illik 9-10 milyon avro qazanacağı gözlənilir. Bonusların aktivləşməsi halında futbolçunun mövsümlük gəliri 12 milyon avroya qədər yüksələ bilər. Bonus şərtləri arasında “Qızıl top” mükafatına namizədlik və Super Liqada bombardir olmaq kimi göstəricilər yer alır.Rafael Leao 2019-cu ildən “Milan”ın formasını geyinir. Portuqaliya millisinin də üzvü olan futbolçunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Buçaya hücumda ölənlərin sayı 37-yə yüksəlib

Next Article

FHN əməkdaşı dünya çempionu olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mariana Vasilevaya yeni vəzifə həvalə olundu

Aysel Əlibəyli 16 İyul 2026 · 18:11 1092 baxış Ötən il gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva yeni vəzifəyə təyin edilib. Elpress.az xəbər verir ki, əldə olunan məlumata əsasən, Azərbaycan Atletika […]

9 turnirdə 8 məğlubiyyət qeydə alınıb.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:29 1126 baxış Türkiyə milli komandası böyük turnirlərdə yenə də zəif startla yadda qalır və uğursuz başlanğıc seriyası davam etməkdədir ⚽📉 Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Turkey national […]

Mərakeş millisi Fransa oyununa ciddi itki ilə çıxacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:19 1112 baxış Ismael Saibari zədə səbəbindən Mərakeş millisinin Fransa ilə keçirəcəyi dünya çempionatının 1/4 final oyununda iştirak etməyəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Mərakeş millisi DÇ-2026-nın 1/4 […]

“Neftçi” Elvin Camalovla yollarını ayırıb

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 20:42 1080 baxış Müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib Elpress.az xəbər verir ki, “Neftçi” futbol klubu yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb.Bakı təmsilçisi ilə futbolçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında […]