--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan cüdoçuları 7 medala sahib oldular

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:20 1044 baxış

Azərbaycan millisi Avropa Kubokunda 2 qızıl və 5 bürünc medal qazanıb

Elpress.az xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında keçirilən Avropa Kuboku başa çatıb.Azərbaycan yığması turnirdə uğurlu nəticə göstərərək 2 qızıl və 5 bürünc medal qazanıb. Yarışın son günündə milli komandanın hesabına iki qızıl və dörd bürünc medal əlavə olunub.Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün görüşlərdə qalib gələrək turnirin qızıl medallarına sahib olublar. Nərgiz Əhmədova və Gülgəz Musayeva (-48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə yarışı üçüncü pillədə tamamlayıblar.Turnirin ilk günündə Nilgün Rzayeva (-63 kq) da bürünc medal qazanıb.Nəticədə 33 ölkənin iştirak etdiyi yarışda Azərbaycan komandası 7 medalla komanda hesabında üçüncü yeri tutub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kosovoda deputat Baş nazirə yumurta atdı

Next Article

Bu 3 amil demensiyanı gecikdirə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sabah” – “Hapoel” matçının hakimləri açıqlanıb

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:54 1048 baxış Çempionlar Liqasının pley-off mərhələsinin Bakıdakı cavab görüşünü rumıniyalı hakimlər idarə edəcək Elpress.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları […]

“Qarabağ”ın növbəti rəqibi “Zirə” oldu

Aysel Əlibəyli 18 İyun 2026 · 16:14 1152 baxış 2026/2027 mövsümünə hazırlıqlarını davam etdirən Qarabağ FK növbəti yoxlama oyununa çıxacaq. Elpress.az xəbər verir ki, Ağdam təmsilçisi iyunun 20-də Zirə FK ilə qarşılaşacaq.Yoldaşlıq görüşü “Azersun Arena”nın […]