--:--:-- | 18 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Təhlükəli macəra: blogger vəhşi qəbilələrin arasında sağ qaldı

Aysel Əlibəyli 09 İyun 2026 · 12:00 1150 baxış

Ukrayna əsilli videoblogger Mixail Polyakov Hind okeanında yerləşən və xarici dünya ilə əlaqəsi olmayan qəbilənin yaşadığı Şimali Sentinel adasına qanunsuz daxil olub.

Elpress.az xəbər verir ki, hadisə 2025-ci ilin mart ayında baş verib.Məlumata görə, blogger Benqal körfəzində yerləşən və Hindistanın Andaman arxipelaqına daxil olan, ciddi qorunan və girişin qadağan edildiyi Şimali Sentinel adasına motorlu qayıqla yaxınlaşıb. Ərazi yerli hakimiyyət tərəfindən tam izolyasiya olunaraq, burada yaşayan sentinelli qəbiləsinin xarici təsirlərdən qorunması üçün xüsusi nəzarətə götürülüb.Polyakov açıqlamasında bütün riskləri bildiyini, lakin buna baxmayaraq qadağan olunmuş əraziyə daxil olmağa qərar verdiyini bildirib. O, sahilə çatmaq üçün təxminən doqquz saatlıq yol qət edib, daha sonra bir müddət ərazini müşahidə edib.Blogger sahilə qısa müddət ayaq basaraq yerli qəbilənin diqqətini çəkməyə çalışıb. O, diqqət cəlb etmək üçün fit çalıb və işıq siqnallarından istifadə edib, lakin qəbilə üzvləri ilə əlaqə qurmaq mümkün olmayıb.Sahili tərk edərkən o, yerli qəbilə üçün qazlı içki şüşəsi qoyub. Daha sonra bölgəni tərk edərkən Hindistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və həbs edilib.Məhkəmə bloggerə təxminən 270 manat məbləğində cərimə tətbiq edib, o isə üç həftə nəzarətdə saxlanılıb.Polyakov sonradan bu səfərə aid görüntüləri sosial şəbəkələrdə paylaşaraq fəaliyyətinin sənədli xarakter daşıdığını iddia edib və gələcəkdə də oxşar ekspedisiyalar planlaşdırdığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tovuzun Cəlilli kəndinə içməli su sevincı

Next Article

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda xalasıgilin evindən oğurluq edən şəxs cəzalandırılıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:45 1048 baxış Xalasının evindən 7300 dollar oğurlayan şəxs TikTok-da pul xərcləyib Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunda xalasıgilin evindən oğurluq edən şəxs məhkəmə qarşısına çıxarılıb.Hadisə Maştağa qəsəbəsinin […]

Bakıda küçədən 42 yaşlı kişinin meyiti tapılıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:31 1034 baxış Zabratda aşkarlanan şəxsin ölüm səbəbi araşdırılır Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 42 yaşlı kişinin meyiti aşkarlanıb.Ramil Firdovsi oğlu Salmanovun meyiti qəsəbə ərazisindəki […]

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü

Aysel Əlibəyli 12 İyul 2026 · 20:56 1056 baxış Şəmkir rayonunda baş verən bədbəxt hadisə 38 yaşlı qadının həyatına son qoyub. Elpress.az xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Məlumata […]

Şəkidə güclü yanğın evi məhv etdi

Aysel Əlibəyli 15 İyul 2026 · 18:19 1094 baxış Şəkidə yaşayış evi yanğın nəticəsində istifadəyə yararsız qaldı Elpress.az xəbər verir ki, Şəki rayonunda baş verən yanğın hadisəsi bir ailəyə ciddi maddi ziyan vurub. Hadisə rayonun […]