--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda 8 yaşlı qız 5-ci mərtəbədən yıxıldı – vəziyyəti ağırdır

Aysel Əlibəyli 30 İyun 2026 · 14:15 1180 baxış

Elpress.az xəbər verir ki, Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

İlkin məlumata görə, iyunun 29-da saat 13:00 radələrində 2017-ci il təvəllüdlü M.Mərciveva yaşadığı evin eyvanından yıxılıb.

Hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.Bildirilib ki, 8 yaşlı qız binanın 5-ci mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarəti altındadır. Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırma nəticəsində məlum olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Silahlı insident İranda can aldı: SEPAH-ın iki əməkdaşı həlak oldu

Next Article

Bakıda 5-ci mərtəbədən yıxılan azyaşlı ilə bağlı yeni təfərrüatlar

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağsuda dağlıq ərazidə yanğın baş verib

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:54 1062 baxış Kalva kəndi yaxınlığındakı əraziyə FHN qüvvələri cəlb olunub Elpress.az xəbər verir ki, Ağsu rayonunun Kalva kəndi yaxınlığında yerləşən dağlıq ərazidə yanğın baş verib.Hadisə ilə bağlı Fövqəladə […]

Ekspertdən isti havalarda “powerbank” xəbərdarlığı

Aysel Əlibəyli 05 Avqust 2026 · 14:19 1058 baxış Çantada “powerbank” partladı: Ekspert isti havalarda elektron cihazların saxlanması qaydalarını açıqladı Elpress.az xəbər verir ki, Limanda olan zaman çantasındakı “powerbank”ın partlaması nəticəsində stilistin dodağı, burnu və […]

140A marşrutu nağdsız ödəniş sisteminə keçir

Elşən 23 Aprel 2026 · 18:27 1143 baxış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 140A nömrəli marşrut xəttində ödəniş sistemi yenilənir. Belə ki, Lökbatan qəsəbəsi ilə Xırdalan şəhərini birləşdirən bu şəhərətrafı xəttdə artıq yalnız nağdsız […]