--:--:-- | 28 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

10 milyon manatlıq qanunsuz mərc şəbəkəsi aşkarlanıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:14 1056 baxış

Bakıda qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslər saxlanılıb

Elpress.az xəbər verir ki, Azərbaycanda qanunsuz onlayn mərc və kazino oyunlarının təşkilində şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində “Xbet” və “MostBet” platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyənləşdirilib.İstintaqın məlumatına görə, Zaur və Fuad Nərimanov qardaşları “Telegram” platformasında “AzeCash” adlı səhifə yaradaraq bu fəaliyyətin təşkilində iştirak ediblər. Onların paytaxtın Xətai rayonunda icarəyə götürdükləri mənzildə əməkdaşları yerləşdirərək fəaliyyət üçün texniki avadanlıq, bank kartları və mobil telefonlarla təmin etdikləri bildirilir.Əməliyyatın davamında Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədov da saxlanılıb. Araşdırmalar zamanı qrupun qanunsuz mərc və qumar fəaliyyətindən əldə etdiyi vəsaitləri müxtəlif yollarla leqallaşdırdığı və ümumi maliyyə dövriyyəsinin 10 milyon manata çatdığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərə ittihamlar irəli sürülüb. Məhkəmə qərarları ilə onların barəsində müxtəlif qətimkan tədbirləri seçilib.DİN vətəndaşları internet və sosial şəbəkələrdə təklif olunan qanunsuz mərc platformalarından istifadə etməməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İşə getmədən maaş almaq mümkündür

Next Article

“Sabah” 1 qolluq fərqi aradan qaldırmaq istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Balakəndə avtomobil dirəyə çırpılıb: ər-arvad xəsarət alıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:01 1044 baxış İdarəetməni itirən sürücü yol kənarındakı radar dirəyinə çırpılıb Elpress.az xəbər verir ki, Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində ər-arvad xəsarət alıb.Qəza Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral […]

Göygöldə 23 yaşlı gənc bıçaqlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:40 1050 baxış Üç Təpə kəndində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib Elpress.az xəbər verir ki, Göygöl rayonunda 23 yaşlı gəncin bıçaq xəsarəti alması ilə nəticələnən hadisə baş verib.Hadisə rayonun […]

İsmayıllıda 5 yaşlı uşaq hovuzda həyatını itirdi

Aysel Əlibəyli 13 İyul 2026 · 11:32 1078 baxış İsmayıllı rayonunda baş verən faciəli hadisə nəticəsində azyaşlı uşaq hovuzda boğularaq ölüb. Elpress.az xəbər verir ki , Hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb.Məlumata görə, 5 […]

Qubada yol qəzası: 5 yaralı

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:33 1064 baxış Quba şəhərində iki minik maşınının toqquşması nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib Elpress.az xəbər verir ki, Quba şəhərinin Əliqulu Nərimanov küçəsində zəncirvari risk daşıyan yol-nəqliyyat hadisəsi qeydə […]