Marşrut avtobusu ilə yük maşınının toqquşması çoxsaylı insan tələfatına səbəb olub
Elpress.az xəbər verir ki, Zimbabvedə ağır yol-nəqliyyat hadisəsi baş verib. Harare-Çivhu magistralında sərnişin avtobusu ilə yük maşını toqquşub.Xarici mediaya istinadən yayılan məlumata görə, qəza nəticəsində 23 nəfər hadisə yerində həyatını itirib. Daha iki yaralı isə xəstəxanaya çatdırıldıqdan sonra aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.Qəza zamanı xəsarət alan daha iki nəfərin, o cümlədən yük maşınının sürücüsünün vəziyyətinin kritik olduğu bildirilir. Yaralılar hazırda xəstəxanada tibbi yardım alırlar.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


