--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Təhlükəli macəra: blogger vəhşi qəbilələrin arasında sağ qaldı

Aysel Əlibəyli 09 İyun 2026 · 12:00 104 baxış

Ukrayna əsilli videoblogger Mixail Polyakov Hind okeanında yerləşən və xarici dünya ilə əlaqəsi olmayan qəbilənin yaşadığı Şimali Sentinel adasına qanunsuz daxil olub.

Elpress.az xəbər verir ki, hadisə 2025-ci ilin mart ayında baş verib.Məlumata görə, blogger Benqal körfəzində yerləşən və Hindistanın Andaman arxipelaqına daxil olan, ciddi qorunan və girişin qadağan edildiyi Şimali Sentinel adasına motorlu qayıqla yaxınlaşıb. Ərazi yerli hakimiyyət tərəfindən tam izolyasiya olunaraq, burada yaşayan sentinelli qəbiləsinin xarici təsirlərdən qorunması üçün xüsusi nəzarətə götürülüb.Polyakov açıqlamasında bütün riskləri bildiyini, lakin buna baxmayaraq qadağan olunmuş əraziyə daxil olmağa qərar verdiyini bildirib. O, sahilə çatmaq üçün təxminən doqquz saatlıq yol qət edib, daha sonra bir müddət ərazini müşahidə edib.Blogger sahilə qısa müddət ayaq basaraq yerli qəbilənin diqqətini çəkməyə çalışıb. O, diqqət cəlb etmək üçün fit çalıb və işıq siqnallarından istifadə edib, lakin qəbilə üzvləri ilə əlaqə qurmaq mümkün olmayıb.Sahili tərk edərkən o, yerli qəbilə üçün qazlı içki şüşəsi qoyub. Daha sonra bölgəni tərk edərkən Hindistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və həbs edilib.Məhkəmə bloggerə təxminən 270 manat məbləğində cərimə tətbiq edib, o isə üç həftə nəzarətdə saxlanılıb.Polyakov sonradan bu səfərə aid görüntüləri sosial şəbəkələrdə paylaşaraq fəaliyyətinin sənədli xarakter daşıdığını iddia edib və gələcəkdə də oxşar ekspedisiyalar planlaşdırdığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tovuzun Cəlilli kəndinə içməli su sevincı

Next Article

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xaçmazda səyyar qəbul: sakinlərin problemləri dinlənildi

Elşən 23 Aprel 2026 · 18:37 83 baxış Elnur Rzayev Xaçmaz rayonunun Xanoba kəndində hüquq-mühafizə orqanları və müxtəlif qurum rəhbərlərinin iştirakı ilə səyyar qəbul təşkil edib. Görüşdə Yalama inzibati ərazi dairəsinə daxil olan bir neçə […]

Şamaxıda kişi ailə münaqişəsindən sonra evini yandırdı

Aysel Əlibəyli 17 İyul 2026 · 00:31 6 baxış Şamaxı rayonunda ailə münaqişəsi zəminində fərdi yaşayış evinin qəsdən yandırıldığı ehtimal edilir. Elpress.az xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb. Məlumata görə, yanğın baş […]

PAŞA Sığortadan su basan avtomobilə 77 min manat ödəniş

Aysel Əlibəyli 30 İyun 2026 · 18:04 83 baxış Hadisə baş verəndə ilk diqqətimiz zərərçəkənlərə yönəlir. Lakin çox vaxt belə düşünürük ki, “bu, mənim başıma gəlməz”. Əslində isə son aylarda yağan leysan yağışları, torpaq sürüşmələri […]

Bakıda baş verən yanğın söndürüldü

Aysel Əlibəyli 07 İyul 2026 · 22:12 18 baxış Şağanda alov təhlükəsi aradan qaldırıldı: FHN yanğını qısa müddətdə lokallaşdırdı Elpress.az xəbər verir ki, Bakının Xəzər rayonunun Şağan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar […]