--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Məmmədlidə yanğın: Yanacaqdoldurma məntəqəsində faciənin qarşısı alındı

Aysel Əlibəyli 05 Avqust 2026 · 08:55 1018 baxış

Abşeron rayonunun Məmmədli kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində baş verən yanğın qısa müddətdə söndürülüb.

Elpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumata görə, hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

İlkin araşdırma zamanı yanğının yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən, avtomobil təmiri sexi və ehtiyat hissələri mağazası kimi fəaliyyət göstərən 8 boksdan ibarət obyektlərdə baş verdiyi müəyyən edilib.Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər bokslara və yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr, dam örtüyünün taxta atmaları isə 260 kvadratmetr sahədə yanıb.Yanğın zamanı xəsarət alan olmayıb. Digər obyektlər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ və Braziliya arasında diplomatik gərginlik dərinləşir

Next Article

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzər dənizi yox olur – sahəsi 7,4% azalıb

Aysel Əlibəyli 07 Avqust 2026 · 08:55 1020 baxış Xəzər dənizində həyəcan təbili: 1996-cı ildən bəri dənizin sahəsi Albaniya boyda kiçilib Elpress.az xəbər verir ki, 1996-cı ildən bəri dənizin sahəsi 7,4% (təxminən 28,6 min kv. […]

Goradildə dənizdə batmaq təhlükəsi yaşayan şəxs xilas edilib

Aysel Əlibəyli 30 İyul 2026 · 17:14 1020 baxış FHN əməkdaşları Goradil sahilində bir nəfəri boğulmaqdan xilas edib Elpress.az xəbər verir ki, Abşeron rayonunun Goradil sahilində çimən şəxs dənizdə batmaq təhlükəsi ilə üzləşib.Hadisə “Goradil” sularda […]

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü

Aysel Əlibəyli 12 İyul 2026 · 20:56 1034 baxış Şəmkir rayonunda baş verən bədbəxt hadisə 38 yaşlı qadının həyatına son qoyub. Elpress.az xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Məlumata […]

Kanadada faciə

Aysel Əlibəyli 21 İyul 2026 · 14:35 1052 baxış Torontoda yaşayan gənc azərbaycanlı həyatını itirdi Elpress.az xəbər verir ki, Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı Cavid Babazadə vəfat edib. Məlumata görə, o, işlədiyi binadan yıxılaraq həyatını […]