--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması davam edir.

Aysel Əlibəyli 17 May 2026 · 13:34 1131 baxış

Bakı şəhərində müşahidə olunan intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən işlər fasiləsiz şəkildə davam etdirilir.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, səhər saatlarından etibarən qurumun Mətbuat xidməti, RİH başçıları və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Qeyd olunub ki, intensiv yağışlar nəticəsində bəzi ərazilərdə normadan dəfələrlə artıq yağıntı müşahidə edildiyindən kollektor sistemləri ilə suların kənarlaşdırılmasında gecikmələr yaranıb və bu səbəbdən müəyyən ərazilərdə su yığılması halları qeydə alınıb.Bildirilib ki, həmin ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur və yağışın fəsadlarının aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Akademik Rasim Əliquliyev bildirib ki, kommunikasiya kanalları rəqəmsal dayanıqlığın əsasını təşkil edir.

Next Article

Şri-Lankalı nazir bildirib ki, aparılan müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda güclü külək “sellofan burulğanı” yaradıb

Aysel Əlibəyli 28 Avqust 2026 · 12:13 1066 baxış Bakıda ötən gecə müşahidə olunan küləkli hava şəhərin bəzi ərazilərində maraqlı görüntülərə səbəb olub. Elpress.az xəbər verir ki, Paytaxtın Heydər Əliyev prospektində güclü küləyin təsiri nəticəsində […]

Göyçayda 3 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 12:59 1056 baxış Elpress.az xəbər verir ki, hadisə Göyçay rayonunun Ləkçıplaq kəndində baş verib. Məlumata görə, ana evin pilləkənlərindən düşərkən müvazinətini itirib. Bu zaman onun qucağında olan 3 aylıq […]