--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Kiberpolis qadınları süni intellektlə şantaj edən şəxsləri ifşa etdi

Aysel Əlibəyli 16 İyul 2026 · 18:20 1040 baxış

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qadınları sosial şəbəkələrdə süni intellekt vasitəsilə şantaj edən şəxsləri saxlayıb.

Elpress.az xəbər verir ki, polisə naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoları süni intellekt proqramları vasitəsilə montaj edərək üzərinə nalayiq ifadələr yazması, həmin görüntüləri müxtəlif platformalarda yayması və silinməsi müqabilində pul tələb etməsi barədə müraciətlər daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları götürərək süni intellekt proqramları vasitəsilə saxtalaşdırıblar. Daha sonra görüntülərin üzərinə təhqiramiz məzmun əlavə edib, saxta hesablar vasitəsilə yayımlayaraq zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.

Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Daxili İşlər Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamağı, şübhəli mesaj və təkliflərə etibar etməməyi tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mariana Vasilevaya yeni vəzifə həvalə olundu

Next Article

Azərbaycan və “John Deere” aqrar əməkdaşlığı genişləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Otlaqda dincələn zaman ilan onun baş nahiyəsindən sancdı.

Aysel Əlibəyli 27 May 2026 · 23:42 1090 baxış Göyçay rayonunda ilan sancması hadisəsi qeydə alınıb. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Göyçay rayonunun Şəkər kəndi ərazisində ilan sancması hadisəsi baş verib.Belə ki, kənd sakini, […]

Avtoyuma məntəqəsində 4 minlik boyunbağı oğurlandı

Aysel Əlibəyli 05 İyun 2026 · 15:30 1150 baxış Yasamal rayonu ərazisində fəaliyyət göstərən avtoyuma məntəqələrindən birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Yasamal RPİ-nin 26-cı […]

22 yaşlı gənc suya düşərək itkin düşüb

Aysel Əlibəyli 16 İyun 2026 · 19:46 1080 baxış Tovuz rayonunda çayda 22 yaşlı gəncin batdığı ehtimal edilir. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. […]

Kanadada faciə

Aysel Əlibəyli 21 İyul 2026 · 14:35 1064 baxış Torontoda yaşayan gənc azərbaycanlı həyatını itirdi Elpress.az xəbər verir ki, Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı Cavid Babazadə vəfat edib. Məlumata görə, o, işlədiyi binadan yıxılaraq həyatını […]