--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Baş Prokurorluqda intizam tədbirləri: 8 əməkdaş məsuliyyətə cəlb edildi

Aysel Əlibəyli 25 İyul 2026 · 01:25 1092 baxış

Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunan geniş kollegiya iclasında prokurorluq orqanlarının fəaliyyəti və kadr məsələləri müzakirə olunub.

Elpress.az xəbər verir ki, iclasda bildirilib ki, hesabat dövründə aparılan xidməti yoxlamalar nəticəsində intizam qaydalarını pozan 8 prokurorluq əməkdaşı barəsində müvafiq tədbirlər görülüb. Onlardan 6 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 2 əməkdaş isə tutduğu vəzifədən azad edilib.Kollegiyada qeyd olunub ki, kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində də ardıcıl işlər davam etdirilib. Nümunəvi xidmətlərinə görə 110 prokurorluq işçisi mükafatlandırılıb.

Bununla yanaşı, prokurorluq orqanlarında vakant yerlərin komplektləşdirilməsi məqsədilə işə qəbul prosesinin davam etdirildiyi, cari ilin ilk yarısında 30 ştat vahidi üzrə 28-ci müsabiqənin elan olunduğu diqqətə çatdırılıb. Bu addımın peşəkar və hazırlıqlı kadrların prokurorluq orqanlarına cəlb edilməsinə xidmət etdiyi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda COP31-ə hazırlıq çərçivəsində üçüncü qeyri-rəsmi iqlim məsləhətləşmələri keçirilib

Next Article

Çimərliyə yollananlar üçün hava proqnozu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ADAU-nun gənc əməkdaşı vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:40 1106 baxış Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Natəvan Quliyeva səhhətində yaranan ciddi problemlər səbəbindən vəfat edib. Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq əlaqələr və […]

Abşeronda restoranda döyülən 32 yaşlı kişi xəstəxanada öldü

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 05:46 1078 baxış Abşeron rayonunda üç gün əvvəl restoranlardan birində döyülən 32 yaşlı kişi həyatını itirib. Elpress.az “Report”a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də […]

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 17:44 1102 baxış Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında dəyişiklik müşahidə olunması ilə bağlı yayılan məlumatlar araşdırılır. Elpress.az xəbər verir ki, sosial […]

Qubada kanaldan qadın meyiti tapılıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:05 1066 baxış Gədikqışlaq kəndində aşkarlanan meyitin 58 yaşlı qadına aid olduğu bildirilir Elpress.az xəbər verir ki, Quba rayonunda kanalda meyit aşkarlanıb. Hadisə Gədikqışlaq kəndi ərazisində qeydə alınıb.Məlumata görə, […]