--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıdakı bayram konserti böyük coşqu yaratdı – Azərbaycan və Türkiyə hərbi orkestrləri eyni səhnədə

Aysel Əlibəyli 26 İyun 2026 · 23:10 1128 baxış

Elpress.az xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Bakının Fəvvarələr meydanında təntənəli konsert proqramı təşkil olunub.

Tədbirdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun və Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestrləri çıxış ediblər.

Konsert proqramı ümummilli liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, həmçinin Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra hərbi orkestrlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Bayram proqramında hərbi-vətənpərvərlik mahnıları, müxtəlif marşlar, eləcə də Azərbaycan, Türkiyə və dünya bəstəkarlarının əsərləri təqdim olunub. Musiqi nömrələri paytaxt sakinləri və şəhər qonaqları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ermənistan ordusunda müəmmalı ölüm: Müqaviləli hərbçi həyatını itirdi

Next Article

Kadir İnanır həyatını itirdi: Yeşilçam əfsanəsi 77 yaşında vəfat etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyundan bu yana qeyri-çimərlik ərazilərdə 12 nəfər boğulub

Aysel Əlibəyli 19 İyun 2026 · 11:10 1116 baxış Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik üçün nəzərdə tutulmayan su hövzələrindən istifadə ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib. Nazirlikdən bildirilib ki, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi […]

Bərdədə açıq sahədə yanğın baş verib

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:06 1070 baxış Bərdənin Zümürxan kəndində yanğın: Quru otluq sahə yandı, tikililər mühafizə olundu Elpress.az xəbər verir ki, Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib. Fövqəladə […]

Bakıda xalasıgilin evindən oğurluq edən şəxs cəzalandırılıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:45 1084 baxış Xalasının evindən 7300 dollar oğurlayan şəxs TikTok-da pul xərcləyib Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunda xalasıgilin evindən oğurluq edən şəxs məhkəmə qarşısına çıxarılıb.Hadisə Maştağa qəsəbəsinin […]

Lerikdə zəlzələ qeydə alındı

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 11:57 1070 baxış Lerik rayonunda yeraltı təkanlar qeydə alınıb. Elpress.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 11:14-də baş verib.Yeraltı təkanlar Lerik seysmik […]