--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakıda “cin çıxarma” vədi ilə 3500 manatlıq dələduzluq edən qadın saxlanılıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 11:24 1030 baxış

Elpress.az bildirir ki, paytaxt sakini sosial şəbəkə vasitəsilə dələduzluğa məruz qalması barədə polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, zərərçəkən “TikTok”da özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanla maraqlanıb. Elan sahibinin övladındakı “cini çıxaracağı” vədinə inanan şəxs ona 3500 manat pul verib.
Şikayət əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 43 yaşlı L. İsmayılova müəyyən edilərək saxlanılıb.
Fakt üzrə cinayət işi başlanılıb. Hazırda araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Next Article

TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin maaşı artırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Doğma Cəbrayıla Qayıdış Böyük Xoşbəxtlikdir”

Elşən 25 May 2026 · 08:36 1140 baxış Cəbrayıl rayonundan məcburi köçkün düşəndə cəmi 17 yaşı var idi. İllərlə doğma yurd həsrəti ilə yaşayan Ruhiyə Yadigarova bu gün, artıq 50 yaşına çatdığı bir vaxtda, böyük […]