--:--:-- | 16 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda açıq ərazidə baş verən yanğın söndürüldü

Aysel Əlibəyli 03 İyul 2026 · 17:25 28 baxış

Bakının Nizami rayonunda açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə nəzarətə götürülərək söndürülüb.

Elpress.az xəbər verir ki, Bakının Nizami rayonunda açıq ərazidə baş vermiş yanğın operativ şəkildə söndürülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə ilə bağlı məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub.Bildirilib ki, yanğın Babək prospekti ərazisində yerləşən açıq sahədə qeydə alınıb. Məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadaları hadisə yerinə cəlb olunub.Yanğınsöndürənlərin çevik və koordinasiyalı müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə tam söndürülüb.Hadisə nəticəsində təxminən 2 hektar ərazidə kol-kos və taxta tullantıları yanıb. Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub və daha böyük fəsadların qarşısı alınıb.Qeyd edək ki, ilkin məlumatlarda Nizami rayonu ərazisində quru otluq sahədə yanğın baş verdiyi, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin cəlb olunduğu bildirilmişdi. Son məlumata əsasən, yanğın tam söndürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda “Changan” aşdı: İki nəfər xəsarət aldı

Next Article

“Azərbaycanın faydalı bitki ehtiyatları” kitabının I cildi işıq üzü gördü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tovuzda ağır qəza

Aysel Əlibəyli 27 İyun 2026 · 19:46 88 baxış Tovuzda baş verən dəhşətli qəzanın ölən və xəsarət alan şəxslərinin adları açıqlanıb Tovuzda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum […]

Sənan Əsədzadə ilə bağlı saxlanılma qərarı icra olunub.

Aysel Əlibəyli 22 May 2026 · 21:34 68 baxış Daha əvvəl barəsində çoxsaylı şikayətlər yayılan Sənan Əsədzadə Misirin paytaxtı Cairo şəhərində saxlanılıb. Elpress.az -ın Milli.az – a istinadən verdiyi məlumata görə, o, xaricdən avtomobil gətirmək […]

Qubada sürüşmə qeydə alınıb

Aysel Əlibəyli 22 İyun 2026 · 15:47 56 baxış Quba rayonunun Qusar sərhədinə yaxın ərazisində sürüşmə hadisəsi baş verib. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, ərazidə sürüşmə prosesi iyunun 20-dən etibarən davam […]

Britaniya helikopterin qəzaya uğraması

Aysel Əlibəyli 03 İyun 2026 · 18:41 125 baxış Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə aid helikopter ölkənin cənub-qərb bölgəsində qəzaya düşüb və hadisə nəticəsində üç hərbçi həyatını itirib. Böyük Britaniya Müdafiə Nazirliyi baş vermiş […]