Bərdənin Zümürxan kəndində yanğın: Quru otluq sahə yandı, tikililər mühafizə olundu
Elpress.az xəbər verir ki, Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı 800 kvadratmetr sahədə quru ot və kol-kos yansa da, ərazidəki ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


