--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Arvadını 17 bıçaq zərbəsi ilə öldürən kişiyə 16 il həbs cəzası verildi

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:15 1082 baxış

Habil Bağırov həyat yoldaşını 11 yaşlı qızının gözü qarşısında qətlə yetirib

Elpress.az xəbər verir ki, Sumqayıtda həyat yoldaşını küçənin ortasında öldürməkdə təqsirləndirilən Habil Bağırovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bağırov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib və həyat yoldaşı Aygünü öldürdüyünə görə peşman olduğunu bildirib. Onun sözlərinə görə, cütlük 19 il əvvəl ailə həyatı qurub və nikahdan iki övladları dünyaya gəlib.Bağırov ifadəsində münasibətlərində problemlərin Aygünün restoranda işləməyə başlamasından sonra yarandığını deyib. Ailə daxilindəki münaqişələrin getdikcə kəskinləşdiyini bildirən təqsirləndirilən şəxs daha sonra həyat yoldaşını öldürmək qərarına gəldiyini etiraf edib.İstintaq materiallarına əsasən, Bağırov Aygünü küçənin ortasında, onların 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi endirməklə qətlə yetirib.Hadisənin şahidi olan qız ilkin ifadəsində atasının anasını bıçaqladığını bildirməsə də, məhkəmə prosesində hadisə barədə həqiqəti açıqlayıb.Toplanmış sübutlar əsasında Habil Bağırov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə həbs cəzasına məhkum edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Next Article

Serenay Sarıkayanın 730 min manatlıq saatı gündəm olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Aysel Əlibəyli 18 İyul 2026 · 11:53 1078 baxış Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Elpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, nazirliyin “112” […]

Bakıda 27 yaşlı gənc bıçaqlanaraq öldürülüb

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:13 1050 baxış Bakıxanov qəsəbəsindəki qətldə mərhumun qardaşı şübhəli şəxs qismində saxlanılıb Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.Hadisə gecə saatlarında Bakıxanov qəsəbəsində […]

Ağdərədə mina partlayışı: ANAMA əməkdaşları xəsarət aldı

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:17 1070 baxış İşğaldan azad edilmiş Ağdərə rayonunda növbəti mina hadisəsi qeydə alınıb. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, hadisə […]