--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ağdamda 15 yaşlı qız ailəsindən xəbərsiz evdən getdi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 20:54 1074 baxış

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz yaşadığı evi tərk etməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülüb.

Elpress.az xəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmənin oktyabrın 1-də evdən çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi polisə məlumat verib.

Müraciətdən dərhal sonra polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Paralel olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən məsələ araşdırılıb və aidiyyəti qurumlarla əlaqələndirmə aparılıb.

Araşdırma nəticəsində yeniyetmənin Şəmkir rayonunda yaşayan şəxslə ailə qurmaq məqsədilə evdən xəbərsiz getdiyi müəyyənləşdirilib.

Onun azyaşlı olması nəzərə alınaraq keçirilən operativ tədbirlər nəticəsində yeri qısa müddətdə müəyyən edilib. Yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.

Bununla da onun təhlükəsizliyi təmin olunub və erkən nikaha cəlb edilməsinin qarşısı alınıb.

Hazırda faktla bağlı araşdırma Ağdam Rayon Polis Şöbəsində davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev: “Azərbaycan Ermənistanla ticarətə də başlamışdır”

Next Article

TƏBİB-də şöbə müdiri vəzifəsindən ayrıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mərdəkanda dənizdə batan 4 nəfərdən ikisi qardaşdır

Aysel Əlibəyli 22 İyun 2026 · 15:51 1132 baxış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan 4 nəfərdən ikisinin qardaş olduğu məlum olub. Hadisə zamanı həyatını itirən şəxslərdən 2005-ci il təvəllüdlü Elnur Əbdülov və […]

Bakıda zəncirvari qəza: Yaralıların son durumu məlum oldu

Aysel Əlibəyli 03 İyul 2026 · 17:17 1148 baxış Bakının Nizami rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsində xəsarət alanların sağlamlıq vəziyyəti açıqlanıb. Elpress.az bildirir ki, Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə […]

Keçmiş arvadı ilə qayınanasını öldürdü.

Aysel Əlibəyli 14 İyun 2026 · 11:39 1136 baxış Şəki sakini keçmiş həyat yoldaşı ilə qayınanasını öldürüb. Hadisə gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib. Şəki rayonunun Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal […]