--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Ağdərədə dəhşətli yol qəzası: Xeyli sayda şəxs xəsarət aldı

Aysel Əlibəyli 28 İyun 2026 · 14:35 1111 baxış

Elpress.az APA-ya istinadən xəbər verir ki, Ağdərə rayonunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata görə, “Mercedes” markalı mikroavtobus “Niva” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində xeyli sayda yaralanan olduğu bildirilib.

TƏBİB-in məlumatına əsasən, iyunun 28-də saat 09:30 radələrində 5 nəfər – 3 qadın və 2 kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Yaralılara dərhal zəruri tibbi yardım göstərilib və onların müalicəsi hazırda davam etdirilir.

Bildirilib ki, hospitalizasiya edilən şəxslərin vəziyyəti stabildir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbi, həmçinin xəsarət alanların dəqiq sayı ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Meşə yanğınları Türkiyəni cənginə aldı: Minlərlə hektar ərazi məhv olub

Next Article

Fransanı cənginə alan isti dalğası: Ölənlərin sayı minə yaxınlaşdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dəməşqdə partlayış

Aysel Əlibəyli 02 İyul 2026 · 17:08 1046 baxış Suriyanın paytaxtında faciə: Ədalət Sarayının yaxınlığındakı partlayış itkilərə səbəb oldu Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə güclü partlayış baş verib.Suriya Səhiyyə Nazirliyinin yaydığı məlumata […]

Bakının küçəsində qadınla kişi arasında dava

Aysel Əlibəyli 17 İyun 2026 · 13:25 1100 baxış Bakıda küçədə qadınla kişinin mübahisə zamanı bir-birinə əl qaldırdığı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, qadın qarşı tərəfə daha çox zərbə endirərək fiziki qarşıdurmada üstünlük […]

Xaçmazda səyyar qəbul: sakinlərin problemləri dinlənildi

Elşən 23 Aprel 2026 · 18:37 1091 baxış Elnur Rzayev Xaçmaz rayonunun Xanoba kəndində hüquq-mühafizə orqanları və müxtəlif qurum rəhbərlərinin iştirakı ilə səyyar qəbul təşkil edib. Görüşdə Yalama inzibati ərazi dairəsinə daxil olan bir neçə […]

Avtoyuma məntəqəsində 4 minlik boyunbağı oğurlandı

Aysel Əlibəyli 05 İyun 2026 · 15:30 1126 baxış Yasamal rayonu ərazisində fəaliyyət göstərən avtoyuma məntəqələrindən birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Yasamal RPİ-nin 26-cı […]