--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Paytaxtın 5 küçəsində sürücülərə məhdudiyyət

Aysel Əlibəyli 16 İyul 2026 · 00:32 1070 baxış

AAYDA Bakının beş küçəsində aparılacaq təmir işləri ilə əlaqədar hərəkət məhdudiyyəti tətbiq ediləcəyini açıqlayıb

Elpress.az xəbər verir ki , Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində növbəti təmir işlərinə start verilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, işlər paytaxtın müxtəlif rayonlarını əhatə edən beş küçədə həyata keçiriləcək.Bildirilib ki, iyulun 16-dan Nəsimi rayonunda Ağadadaş Qurbanov, Yasamal rayonunda Şeyx Məhəmməd Xiyabani, eləcə də Nizami rayonunda Əliağa Kürçaylı küçələrində təmir işlərinə başlanılacaq.İyulun 17-dən isə Nizami rayonunda Cəlil Naxçıvanski küçəsində (8-ci km bazarının sağ və sol hissəsi) və Yasamal rayonunda Ayna Sultanova küçəsində yol təmiri aparılacaq.AAYDA bildirib ki, təmir müddətində göstərilən küçələrdə işlərin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq. Agentlik sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmağı və imkan daxilində alternativ yollardan istifadə etməyi tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Küveyt İrandan buraxılan hədəflərin vurulduğunu açıqladı

Next Article

Mərdəkanda faciə: 22 yaşlı oğlan dənizdə itkin düşüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1151 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]

Azərbaycanda 4 ayda 21 mindən çox ölüm qeydə alınıb

Aysel Əlibəyli 18 İyun 2026 · 14:05 1166 baxış Bu ilin yanvar-aprel aylarında ölkə üzrə 21 277 ölüm halı rəsmiləşdirilib. Elpress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.Məlumata əsasən, ötən ilin […]

Xəzərdə boğulmaların səbəbi naməlum varlıqlardı?

Aysel Əlibəyli 18 İyul 2026 · 15:08 1076 baxış Yay mövsümündə Xəzər dənizində boğulma hallarının artması müxtəlif iddialara səbəb olub. Bəzi sosial şəbəkə paylaşımlarında buna “naməlum varlıqlar”ın səbəb olduğu irəli sürülsə də, mütəxəssislər bu fikri […]