--:--:-- | 14 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü ilə Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis olunub.

Aysel Əlibəyli 20 May 2026 · 20:09 1107 baxış

Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafının təşviqi məqsədilə yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən WUF13 çərçivəsində dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində qabaqcıl şəhərsalma həllərinin təşviqi məqsədilə Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təsis olunan yeni beynəlxalq mükafat – Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) rəsmi təqdimetmə mərasimi keçirilib.Mükafat uzunmüddətli sosial, iqtisadi və ekoloji təsir yaradan praktik şəhər həllərinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş qlobal platforma kimi formalaşdırılır.O, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas irs elementlərindən biri olacaq və forumdan kənarda da qlobal şəhər gündəliyinin inkişafını dəstəkləyən davamlı beynəlxalq mexanizm kimi fəaliyyət göstərəcək.Təşəbbüs üç əsas istiqaməti birləşdirir: şəhərsalmada tətbiq olunan praktik həllər, ekspert və elmi yanaşmalar, həmçinin uğurlu təcrübələrin siyasətə inteqrasiyası.Qiymətləndirmə memarlıq, şəhərsalma, mənzil təminatı, iqlim dayanıqlılığı, maliyyə və vətəndaş cəmiyyəti sahələrində beynəlxalq ekspertlərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən aparılacaq. Mükafat bütün regionları əhatə edən açıq platforma olacaq.Bu təşəbbüs Azərbaycanın qlobal şəhərsalma və iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir. Bu istiqamətdə COP29-a ev sahibliyi, “MAP” təşəbbüsü, “Bakı Davamlılıq Koalisiyası”, UN-Habitat çərçivəsində əməkdaşlıqlar və WUF13-ün Bakıda keçirilməsi kimi addımlar da yer alır.Azərbaycan–UN-Habitat əməkdaşlığı 2022-ci ildən etibarən Azərbaycan Milli Şəhərsalma Forumunun yaradılması ilə daha da güclənib və Qarabağ və Şərqi Zəngəzurda keçirilən forumlar, eləcə də Bakıda Ümumdünya Məskunlaşma Günü tədbirləri ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq.

Next Article

Parviz Shahbazov Dünya Bankı Qrupunun infrastruktur məsələləri üzrə vitse-prezidenti ilə görüş keçirib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Quru gavalının sümüyə möcüzəvi xeyri

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:53 1046 baxış Elmi araşdırma: Gün ərzində 5 ədəd quru gavalının sümük sağlamlığına misilsiz faydaları üzə çıxdı Elpress.az xəbər verir ki, Elmi araşdırmalar quru gavalının sümük toxumasını gücləndirdiyini, sümük […]

Sabah havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 13 İyul 2026 · 10:57 1080 baxış Milli Hidrometeorologiya Xidməti iyulun 13-də ölkə ərazisində əsasən isti və yağmursuz hava şəraitinin hökm sürəcəyini açıqlayıb. Elpress.az xəbər verir ki , Milli Hidrometeorologiya Xidməti iyulun 13-nə […]

Bakıda güclü külək ağacları zədələyib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 18:42 1016 baxış Paytaxtda 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb Elpress.az xəbər verir ki, Bakıda gün ərzində müşahidə olunan güclü külək yaşıllıqlara da təsir göstərib. Küləyin yaratdığı fəsadlar […]

Azərbaycanda texnologiya yönümlü yeni universitet təklif edilib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:55 1018 baxış İnformasiya texnologiyaları üzrə ixtisaslaşan ayrıca ali məktəbin yaradılması təklif olunur Elpress.az xəbər verir ki, Azərbaycanda informasiya texnologiyaları və digər texnoloji istiqamətlər üzrə ixtisaslaşacaq ayrıca ali təhsil […]