--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Alimlər açıqladı: sağlamlığınızın sirri gözlərinizdə gizlənir

Aysel Əlibəyli 20 İyun 2026 · 18:46 1102 baxış

Alimlər göz sağlamlığı ilə Alzheimer xəstəliyi arasında əlaqəni təsdiqləyən yeni nəticələr əldə ediblər.

Elpress.az xəbər verir ki, Florida Universitetinin biotibbi mühəndisi Ruqu Fanqın rəhbərlik etdiyi araşdırma çərçivəsində 40 mindən çox insanın təxminən 63 min retina görüntüsü süni intellekt vasitəsilə təhlil olunub.Tədqiqatın nəticələri göstərib ki, gözün işığa həssas hissəsi olan retinada baş verən dəyişikliklər Alzheimer xəstəliyinin əlamətləri üzə çıxmamışdan illər əvvəl riskin müəyyən edilməsinə kömək edə bilər.Araşdırma zamanı Alzheimer diaqnozu qoyulan şəxslərdə retina damarlarının daralması, sərtləşməsi və görmə sinirində incəlmə kimi dəyişikliklər müşahidə olunub. Mütəxəssislər hesab edirlər ki, bu əlamətlər beyində gedən proseslərin erkən göstəricisi ola bilər.Alimlərin fikrincə, retina görüntülərinin biomarker kimi istifadəsi risk qrupunda olan insanların vaxtında müəyyənləşdirilməsinə, erkən müayinələrin aparılmasına və xəstəliyin inkişaf ehtimalının azaldılmasına imkan yarada bilər.Tədqiqatçılar bildirirlər ki, gələcəkdə bu üsulun yalnız Alzheimer deyil, digər neyrodegenerativ xəstəliklərin erkən diaqnostikasında da mühüm rol oynayacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabirabadda gənc qız hamamda ölü tapıldı

Next Article

Hörmüz boğazı yenidən bağlandı – media

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Həzi Aslanov”da narahatlıq yaradan metro keçidi

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:30 1056 baxış Məhəmməd Hadi küçəsində yeni metro keçidi tikilir: Sakinlərin təhlükəsizlik narahatlığına cavab verildi Elpress.az xəbər verir ki, Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri yaşayış binasının […]

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1056 baxış Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və […]

Xəzər dənizində 3,4 Ballıq Zəlzələ Qeydə Alınıb

Elşən 25 May 2026 · 09:33 1150 baxış Xəzər dənizi ərazisində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb. Hadisə ilə bağlı məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb. Qurumun Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, yeraltı təkanlar yerli vaxtla […]