Elpress.az xəbər verir ki, FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında 189 komandanın iştirakını gənc futbolçular üçün böyük təcrübə adlandırıb.
O, müasir idman kompleksinin qısa müddətdə yaradılmasını xüsusi vurğulayıb, yarışın keçirilməsində əməyi olan azərbaycanlı hakimlərə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına təşəkkür edib.
Kollina Bakıya hər səfərində müsbət dəyişikliklər gördüyünü də bildirib.


