--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Vətən müharibəsi iştirakçısına Naxçıvanda yeni vəzifə verilib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:10 1032 baxış

Şamil Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin olunub

Elpress.az xəbər verir ki, Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzində rəhbər vəzifəyə təyin edilib.DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı əmrlə Şamil Əliyev mərkəzin direktor müavini vəzifəsinə gətirilib. O, eyni zamanda mərkəzin direktorunun səlahiyyətlərini icra edəcək.Şamil Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb, 2019-cu ildən isə DOST Agentliyində çalışır.Vətən müharibəsi iştirakçısı olan Şamil Əliyev Prezidentin müvafiq sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Toxumçuluq sahəsində yeni qaydalar qüvvəyə mindi

Next Article

Kəlbəcərdə mina partlayıb, kişi yaralanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Marco Rubio ilə Hakan Fidan arasında görüş keçirilib.

Aysel Əlibəyli 22 May 2026 · 21:13 1129 baxış Marco Rubio NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Hakan Fidan ilə bir araya gəlib. Elpress.az -ın Azərtac- a istinadən xəbər verirki tərəflər Ankarada keçiriləcək NATO Zirvə […]

Yeni dərs ilində bir sıra dərsliklər yenilənəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 13:31 1036 baxış 2026-2027-ci tədris ilində bir sıra fənlər üzrə dərsliklər yenilənmiş məzmunla şagirdlərin istifadəsinə veriləcək. Elpress.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Yeni tədris […]

Məktəb seçiminə start verildi

Aysel Əlibəyli 21 İyul 2026 · 15:06 1060 baxış Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb Elpress.az xəbər verir ki, Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçimi başlayıb. Tədris digər dillərdə aparılan […]

Xırdalanda yararsız yol sərnişinlərə çətin anlar yaşadır

Aysel Əlibəyli 05 Avqust 2026 · 10:56 1042 baxış Xırdalan şəhərinin Ceyranbatan su anbarı istiqamətində yerləşən ərazidə kanalizasiya sularının səviyyəsinin yenidən yüksəlməsi yol hərəkətində ciddi problemlər yaradıb. Elpress.az xəbər verir ki, ərazidə tullantı sularının toplandığı […]