--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin maaşı artırılır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 11:30 1058 baxış

Elpress.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarında artım olacaq.
TƏBİB-in İcraçı direktoru Anar Bayramovun sözlərinə görə, əməkhaqqı islahatı çərçivəsində yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək. Dəyişikliklər ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.
Onlardan 36 041 nəfər orta tibb heyətinin, 20 367 nəfər kiçik tibb heyətinin, 8 675 nəfər ambulator tibbi xidmət göstərən həkimlərin payına düşür. Daha 7 129 həkim isə ilkin səhiyyə və təcili tibbi yardım, anesteziologiya-reanimatologiya, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə fəaliyyət göstərir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə ilkin əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artırılacaq.
Yeni əməkhaqqı mexanizmi çərçivəsində artımlar bütün işçilər üçün eyni olmayacaq. Ödənişlərin məbləği vəzifə və ixtisas, iş yükü, fəaliyyət göstəriciləri, həmçinin regionlarda kadr təminatı nəzərə alınmaqla diferensial şəkildə müəyyənləşdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda “cin çıxarma” vədi ilə 3500 manatlıq dələduzluq edən qadın saxlanılıb

Next Article

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda leysan və dolu ilə bağlı xəbərdarlıq edilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:24 1060 baxış Şimal və qərb rayonlarında intensiv yağış, şimşək və sel riski gözlənilir Elpress.az xəbər verir ki, Azərbaycanda hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edilib.Milli Hidrometeorologiya Xidmətinin məlumatına […]

Sabah bu ərazidə qaz kəsiləcək

Aysel Əlibəyli 06 İyul 2026 · 19:11 1086 baxış “Azəriqaz”dan xəbərdarlıq: Sabah Balaxanıda qaz təchizatı müvəqqəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun bir hissəsində abonentlər qazsız qalacaq. Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi əhaliyə […]

Hövsandakı palçıqla bağlı həkimdən xəbərdarlıq

Aysel Əlibəyli 05 İyul 2026 · 20:13 1078 baxış Hövsandakı “Duzlu göl” hər il yüzlərlə insanın üz tutduğu müalicəvi məkanlardan biri olsa da, həkimlər palçıqdan istifadənin riskləri barədə xəbərdarlıq edirlər. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata […]

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Aysel Əlibəyli 22 May 2026 · 17:45 1118 baxış Bakıda keçirilən WUF13 çərçivəsində bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə tədbiri baş tutub. Elpress.az- ın Qafqazinfo- a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasim zamanı […]