--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Sabah Bakıda yağış, rayonlarda dolu gözlənilir

Aysel Əlibəyli 29 Avqust 2026 · 15:39 1026 baxış

Paytaxtda axşam leysan ehtimalı var, bölgələrdə temperatur 35 dərəcəyədək yüksələcək

Elpress.az xəbər verir ki, Avqustun 30-u üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu olacaq və əsasən yağıntı müşahidə edilməyəcək. Lakin axşam saatlarından bəzi ərazilərdə yağış yağacağı, gecəyə doğru isə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv leysan və şimşək ehtimalının olduğu bildirilir. Şimal-qərb küləyi arabir güclənəcək.Paytaxtda gecə temperaturu 22-25°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.Ölkənin şimal və qərb rayonlarından başlayaraq bəzi ərazilərdə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə gecə və səhər saatlarında duman müşahidə oluna bilər.Rayonlarda havanın temperaturu gecə 19-24°, gündüz 31-35° isti, dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 20-25° isti olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 21 avtobus marşrutunun sxemi dəyişdirilib

Next Article

Bir gündə 48 şübhəli saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN-dən əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlər

Aysel Əlibəyli 18 Avqust 2026 · 11:01 1048 baxış Bakı və bölgələrdə fövqəladə hallar zamanı davranış qaydaları izah edilib Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən əhalinin fövqəladə hallar zamanı düzgün davranış […]

“BakuBus” qadın sürücüləri işə qəbul edəcək

Aysel Əlibəyli 26 İyul 2026 · 21:11 1064 baxış “BakuBus” qadın sürücülərin ictimai nəqliyyat sahəsinə cəlb olunması üçün yeni vakansiya elan edib. Elpress.az xəbər verir ki, “BakuBus” MMC ictimai nəqliyyatda gender bərabərliyinin təşviqi və inklüziv […]

Ölkədə yağışlı və küləkli hava müşahidə olunur

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 17:02 1014 baxış Bir sıra rayonlarda leysan yağır, şimşək çaxır və güclü külək əsir Elpress.az xəbər verir ki, Azərbaycanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağış və külək müşahidə […]