--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Qısaldılmış iş vaxtının şamil olunduğu şəxslər açıqlanıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:13 1040 baxış

Bəzi işçilər üçün həftəlik iş vaxtı 24 və ya 36 saatdan artıq ola bilməz

Elpress.az xəbər verir ki, Əmək qanunvericiliyinə əsasən, müəyyən kateqoriyalara aid işçilər üçün qısaldılmış iş vaxtı tətbiq olunur. Bu zaman şəxsin yaşı, səhhəti, əmək şəraiti, gördüyü işin xüsusiyyətləri və digər amillər nəzərə alınır.16 yaşınadək işçilərin həftəlik iş vaxtı 24 saatdan çox olmamalıdır.16 yaşdan 18 yaşadək şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə qadınlar və yaşyarımadək uşağı olan qadınlar üçün həftəlik iş vaxtı 36 saatdan artıq müəyyən edilə bilməz.Eyni məhdudiyyət 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunur.Bundan əlavə, fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu əmək şəraitində çalışanlar üçün də qısaldılmış iş vaxtı nəzərdə tutulur.Yüksək həssaslıq, həyəcan, eləcə də zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslər də bu hüquqdan yararlana bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-də jurnalist Çinə casusluğa görə 2 il həbs cəzası alıb

Next Article

Tibb işçilərinin maaş artımının təşəbbüskarı Mehriban Əliyevadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1070 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

Avqustda əlavə qeyri-iş günü olmayacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:50 1082 baxış 2026-cı ilin istehsalat təqviminə əsasən, avqust ayında əlavə qeyri-iş günü nəzərdə tutulmayıb. Elpress.az xəbər verir ki, 2026-cı il üzrə iş vaxtı norması və istehsalat təqviminə əsasən, […]

Alimlər açıqladı: sağlamlığınızın sirri gözlərinizdə gizlənir

Aysel Əlibəyli 20 İyun 2026 · 18:46 1100 baxış Alimlər göz sağlamlığı ilə Alzheimer xəstəliyi arasında əlaqəni təsdiqləyən yeni nəticələr əldə ediblər. Elpress.az xəbər verir ki, Florida Universitetinin biotibbi mühəndisi Ruqu Fanqın rəhbərlik etdiyi araşdırma […]