--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Payız Azərbaycana sentyabrın 23-də gələcək

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 13:00 1068 baxış

Azərbaycanda astronomik payız sentyabrın 23-də səhər saatlarında başlayacaq

Elpress.az xəbər verir ki, Azərbaycanda astronomik payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 04:05:08-də başlayacaq.Bu vaxt payız bərabərliyi baş verəcək. Həmin tarixdə gecə və gündüzün uzunluğu bir-birinə yaxın olacaq. Günəş şərqdə doğacaq, qərbdə isə batacaq. Bununla belə, atmosfer refraksiyası və Günəş diskinin ölçüsü səbəbindən gündüzün müddəti dəqiq 12 saat olmayacaq və gecədən bir qədər uzun davam edəcək.Payız bərabərliyi zamanı Günəşin illik görünən hərəkəti nəticəsində göy ekvatoru keçiləcək və Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə doğru hərəkət edəcək. Bundan sonra Şimal yarımkürəsində gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq.Fəsillərin dəyişməsi Yerin Günəşə olan məsafəsinin dəyişməsi ilə deyil, planetin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66,56 dərəcə meyilli olması ilə əlaqədardır. Bu xüsusiyyət il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağının dəyişməsinə səbəb olur.2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək. Fəsil dekabrın 22-də baş verəcək qış günəşduruşu ilə başa çatacaq və həmin andan Şimal yarımkürəsində astronomik qış başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibələrin qrafiki açıqlanıb

Next Article

Uitkoff və Kuşner Moskva və Kiyevə səfər edəcəklər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1092 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

Həyat qurtaran yenilik: Təcili yardım briqadaları motosikletə keçir

Aysel Əlibəyli 21 İyul 2026 · 15:50 1110 baxış Elpress.az xəbər verir ki, Bakıda təcili tibbi yardım xidmətinin operativliyinin artırılması məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində təcili tibbi yardım briqadalarının fəaliyyətində xüsusi təchiz olunmuş […]

15 May – Beynəlxalq İqlim Günü qeyd olunur

Elşən 15 May 2026 · 09:06 1157 baxış Mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Elpress.az-ın Azərtac-a istanadən verdiyi məlumata əsasən, bu qeyri-rəsmi ekoloji gün meteoroloqların iqlimin mühafizəsi ilə bağlı çağırışlarından sonra formalaşıb. […]