--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Aysel Əlibəyli 08 İyul 2026 · 15:04 1122 baxış

Dövlət Miqrasiya Xidməti 2026-cı ilin ilk altı ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edib.

Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, 2026-cı ilin birinci yarımili ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, əmək fəaliyyətinə cəlb olunma və digər miqrasiya qaydalarının pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edilib.Məlumata əsasən, barəsində inzibati qərar verilən şəxslərdən 4852 nəfər Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən nəzarət tədbirləri zamanı saxlanılıb. Araşdırmalar nəticəsində onların ölkədə olma və yaşama hüququ verən sənədlər olmadan yaşadıqları, ölkəyə gəliş məqsədinə uyğun olmayan fəaliyyət göstərdikləri, qanunsuz əmək fəaliyyətinə cəlb edildikləri və ya qeydiyyatda olduqları ünvanda yaşamadıqları müəyyən edilib.Hesabat dövründə miqrasiya qanunvericiliyini pozduqları üçün 850 əcnəbi inzibati qaydada Azərbaycan ərazisindən çıxarılıb və onların ölkəyə yenidən girişinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhdudiyyət tətbiq olunub. Digər şəxslərin isə ölkədə yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü şəkildə tərk etmələri təmin edilib.Bundan əlavə, ilk yarımildə qanunsuz miqrasiyanın təşkilinə dair 4 fakt aşkarlanıb. Aparılan araşdırmalar zamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkəyə gətirilməsi, sonradan isə onlara qanunsuz yollarla iş və müvəqqəti yaşamaq üçün icazələrin alınmasına cəhd göstərildiyi müəyyən olunub. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərinin fasiləsiz davam etdirildiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp: “Türkiyə F-35 qırıcılarını alacaq”

Next Article

Ağdamda genişmiqyaslı yanğın başladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Aysel Əlibəyli 25 May 2026 · 11:48 1182 baxış II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin II cəhdi 5 iyul tarixində təşkil olunacaq. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

Bərdənin raket atəşinə tutulmasından 6 il ötür

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 00:44 1064 baxış Vətən müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından 6 il ötür. Elpress.az xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Bərdənin mərkəzi ərazilərinə […]

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:43 1070 baxış “Gilas” adının “Kifayət” ilə əvəzlənməsi tələbi məhkəmədə təmin edilməyib Elpress.az xəbər verir ki, Şəmkir rayonunda yaşayan qadın doğum haqqında sənədlərində adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət […]