--:--:-- | 13 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İtkin şəxslərlə bağlı 910 insan qalığı ekshumasiya edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:11 1034 baxış

Qarabağ müharibələrində itkin düşənlərin axtarışı: 328 şəxsin kimliyi müəyyənləşdirilib

Elpress.az xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilir.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı icmal məlumatına əsasən, 2026-cı ilin avqust ayında daha 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub. Bununla da indiyədək ekshumasiya edilmiş insan qalıqlarının sayı 910-a yüksəlib.Aparılan DNT və məhkəmə-tibbi ekspertizalar nəticəsində kimliyi müəyyən edilən 21 şəxsin qalıqları ailələrinə təhvil verilib və onlar dəfn olunublar. Beləliklə, ailələrinə təhvil verilərək dəfn edilən qalıqların ümumi sayı 267-yə çatıb.Hazırda DNT və məhkəmə-tibbi üsullarla kimliyi müəyyənləşdirilmiş itkin şəxslərin sayı 328-dir.Məlumata görə, indiyədək ölkə ərazisində 32 kütləvi dəfn yeri də aşkarlanıb. Dövlət Komissiyası itkin şəxslərin axtarılması, qalıqların müəyyən edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi üzrə fəaliyyətini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Next Article

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah çimərliklərdə hava açıqlanıb

Aysel Əlibəyli 18 İyul 2026 · 16:31 1068 baxış Sabah Abşeron çimərliklərində hava necə olacaq? Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb.Bildirilib ki, gün ərzində mülayim şimal-qərb […]

Buraxılış imtahanının xarici dil modeli yenilənir

Aysel Əlibəyli 23 İyul 2026 · 13:04 1048 baxış 2027-ci ilin buraxılış imtahanı üçün yeni xarici dil modeli açıqlanıb Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2027-ci ildən tətbiq olunacaq xarici dil imtahan modelini təqdim […]

Hərbi xidmətə yararlılıqda diş sayı da nəzərə alınacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:38 1062 baxış Dişlərin sayı və çeynəmə funksiyasının pozulması çağırışçının hərbi xidmətə yararlılıq dərəcəsinə təsir edir. Elpress.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib […]