--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

FHN-də könüllü qanvermə aksiyası keçirilib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:51 1042 baxış

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları talassemiyadan əziyyət çəkənlərə dəstək üçün qan veriblər

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə könüllü qanvermə aksiyası təşkil olunub.Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən aksiya iki gün davam edib. Qanvermə prosesində “Respublika Qan Bankı”nın tibbi heyəti iştirak edib.Nazirliyin Aparatının struktur bölmələrinin və tabeli qurumlarının əməkdaşları aksiyaya könüllü şəkildə qoşulublar. Toplanan qan ehtiyatlarının, xüsusilə talassemiya olmaqla, irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək məqsədilə istifadəsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qusarda 18 küçə yenilənir

Next Article

Azərbaycanda texnologiya yönümlü yeni universitet təklif edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İyunun 24-dən hava dəyişir – yağış, şimşək və dolu ehtimalı var

Aysel Əlibəyli 23 İyun 2026 · 17:14 1114 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit olacaq. Bildirilib ki, 25-i səhərədək yarımadanın bəzi ərazilərində arabir yağışlar, […]

“Yüksəliş”də həlledici tur reallaşdı

Aysel Əlibəyli 14 İyun 2026 · 11:45 1136 baxış VI “Yüksəliş”in son turu keçirilib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi çərçivəsində Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə […]