--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakı metrosunda yeni stansiyalarda liftlər quraşdırılacaq

Aysel Əlibəyli 25 İyun 2026 · 16:23 42 baxış

Bakı metrosunun inkişafında yeni mərhələ: yeni stansiyalarda liftlər, eskalatorlar və müasir infrastruktur tətbiq ediləcək

Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, bakı Metropolitenində yeni stansiyaların tikintisi çərçivəsində sərnişinlər üçün daha rahat və müasir şəraitin yaradılması nəzərdə tutulur.2030-cu ilə qədər Bakı metrosunda 10 yeni stansiyanın inşasının planlaşdırıldığı bildirilib. Onlardan birinin – şərti olaraq “B-04” adlandırılan və keçmiş “Semaşko” xəstəxanasının arxasında yerləşən stansiyanın tikintisinə artıq başlanılıb.Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirə zamanı məlumat verib.Onun sözlərinə görə, yeni stansiyada müasir standartlara uyğun texniki həllər tətbiq ediləcək. Sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə səviyyələrarası keçidlərdə eskalatorlar, liftlər və xüsusi təyinatlı pilləkənlər quraşdırılacaq.Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda daha 9 yeni stansiyanın layihələndirilməsi istiqamətində işlər davam etdirilir. Layihələr hazırlanarkən beynəlxalq standartlar, xarici ekspertlərin yanaşmaları və mövcud yerli normalar nəzərə alınır.Bildirilib ki, gələn ildən etibarən beş stansiyanın bənövşəyi xətt, dörd stansiyanın isə yaşıl xətt üzrə tikintisinə başlanılması planlaşdırılır. Yeni layihələrin əsas məqsədi metro infrastrukturunun genişləndirilməsi və sərnişinlər üçün daha təhlükəsiz, əlçatan və komfortlu nəqliyyat mühitinin yaradılmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Next Article

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Leyla və Arzu Əliyevadan Lənkəranda könül oxşayan ziyarət

Aysel Əlibəyli 26 May 2026 · 18:43 140 baxış Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinə səfər […]

Dünya yeni iqlim böhranının astanasında

Aysel Əlibəyli 12 İyun 2026 · 11:50 74 baxış Sakit okeanda formalaşan El-Ninyo fenomeninin son illərin ən güclü iqlim hadisələrindən birinə çevriləcəyi ehtimal olunur. ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin qiymətləndirməsinə əsasən, bu hadisənin […]