--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycanda 18 yaşadək şəxslərin gecə işləməsi qadağandır

Aysel Əlibəyli 12 Avqust 2026 · 15:16 1038 baxış

Yetkinlik yaşına çatmayan işçilərin əməyindən istifadə ilə bağlı xüsusi məhdudiyyətlər müəyyən edilib

Elpress.az xəbər verir ki, Azərbaycanda 18 yaşına çatmayan şəxslərin əmək fəaliyyətinə cəlb olunması ilə bağlı bir sıra qanuni məhdudiyyətlər mövcuddur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, bu yaş qrupunda olan işçilərin gecə növbəsinə, iş vaxtından artıq əməyə, istirahət və bayram günlərində işə cəlb edilməsi, həmçinin ezamiyyətə göndərilməsi qadağandır.16 yaşadək şəxslər üçün həftəlik iş vaxtı 24 saat, 16-18 yaş arasında olanlar üçün isə 36 saat müəyyənləşdirilib. Bu şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti tətbiq edilmir və onlar attestasiyadan keçirilmir.Yetkinlik yaşına çatmayan işçilərə ən azı 35-42 təqvim günü müddətində əmək məzuniyyəti verilməlidir. Onların ağır çəkili əşyaların qaldırılması ilə bağlı işlərə cəlb olunmasına da yol verilmir.Bundan başqa, 18 yaşdan aşağı şəxslərin ağır və zərərli əmək şəraitində, yeraltı obyektlərdə, gecə klublarında və barlarda, eləcə də tütün, alkoqol, energetik içkilər və toksik maddələrin istehsalı, daşınması və satışı ilə bağlı işlərdə çalışması qadağandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gənc müğənni dənizdə boğularaq ölüb

Next Article

Zelenski iki azərbaycanlı hərbçini təltif edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:08 1074 baxış Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Elpress.az xəbər verir ki, bu münasibətlə sosial şəbəkələrdə Heydər Əliyevə ünvanlanan çoxsaylı təbrik paylaşımları edilib, […]

şagirdlər dərsdə cihazlardan istifadə edə bilməyəcək

Aysel Əlibəyli 29 İyun 2026 · 18:49 1072 baxış Dərs zamanı mobil cihazlara nəzarət güclənir: Yeni qaydalar məktəblərdə tətbiq ediləcək Azərbaycan məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib.Elm […]

Azərbaycanda hava kəskin dəyişəcək

Aysel Əlibəyli 29 Avqust 2026 · 16:09 1032 baxış Bakıda üç gün ərzində yağış və leysan, bölgələrdə isə dolu ehtimalı var Elpress.az xəbər verir ki, Azərbaycanda avqustun 30-u axşamdan etibarən hava şəraitinin qeyri-sabitləşəcəyi gözlənilir. Milli […]