--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Abşeronda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verildi

Aysel Əlibəyli 03 İyul 2026 · 12:52 1034 baxış

Elpress.az xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzinin yeni binasının açılışı olub.

Açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Hacı Lətifov, aidiyyəti qurumların nümayəndələri və tibb işçiləri iştirak ediblər.

Bildirilib ki, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən tibb müəssisəsi əvvəlcə feldşer-mama məntəqəsi, daha sonra həkim məntəqəsi kimi xidmət göstərib. 2021-ci ildən isə Aşağı Güzdək Ailə Sağlamlıq Mərkəzi statusu ilə fəaliyyətini davam etdirir.Məlumata görə, əvvəlki binanın qəzalı vəziyyətdə olması səbəbindən müəssisənin yeni binaya köçürülməsi qərara alınıb.

Bir ildən artıq davam edən əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra mərkəz müasir binada fəaliyyətə başlayıb.Hazırda tibb müəssisəsi 12 min 600 nəfərə, o cümlədən 2 min 920 uşağa ilkin səhiyyə xidməti göstərir. Mərkəzdə 13 nəfərlik kollektiv çalışır. Onlardan 4-ü, bölmə müdiri də daxil olmaqla, həkim heyətidir.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəssisə ailə həkimi-terapevt, ailə həkimi-pediatr və həkim-mama-ginekoloq ixtisasları üzrə mütəxəssislərlə təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan üzərindən Ermənistana növbəti buğda yükü göndərildi

Next Article

Xorvatiya nümayəndə heyəti Azərbaycanın hərbi təhsil müəssisələrində olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yeni dəmiryol xətti çəkiləcək

Aysel Əlibəyli 24 İyul 2026 · 11:37 1024 baxış Zabrat–Maştağa–Bağlar dəmir yolu xətti yenidən istifadəyə veriləcək Elpress.az xəbər verir ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1124 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Aysel Əlibəyli 25 May 2026 · 11:48 1130 baxış II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin II cəhdi 5 iyul tarixində təşkil olunacaq. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

İyul ayı üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:46 1040 baxış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları iyulun 14-də vətəndaşların hesablarına köçürüləcək. Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron […]