--:--:-- | 20 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ukrayna Yaroslavldakı neftayırma zavoduna hücumu təsdiqləyib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:16 1036 baxış

“Slavneft-YANOS” zavoduna zərbə endirilib, ərazidə yanğın baş verib

Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Yaroslavl vilayətində yerləşən “Slavneft-YANOS” neftayırma zavoduna zərbə endirildiyini açıqlayıb. Məlumata görə, hadisə avqustun 28-nə keçən gecə baş verib və zavodun ərazisində yanğın qeydə alınıb.

“Slavneft-YANOS” Rusiyanın iri neft emalı müəssisələrindən biri hesab olunur. Zavodun illik neft emalı gücünün təxminən 15 milyon ton olduğu bildirilir. Müəssisədə benzin, dizel, aviasiya yanacağı və digər neft məhsulları istehsal olunur.

Ukrayna tərəfi zərbə nəticəsində yaranan ziyanın miqyasının dəqiqləşdirildiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Next Article

Xızıda mülki müdafiə məşqi keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zelenski ağır qış xəbərdarlığı etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:29 1052 baxış Zelenski ukraynalıları qarşıdan gələn ağır qışa hazırlaşmağa çağırıb Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını qarşıdan gələn qışın çox ağır keçə biləcəyi ilə […]

Ukraynada hərbi qırıcı qəzaya uğradı

Aysel Əlibəyli 27 İyun 2026 · 16:49 1142 baxış Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi iyunun 27-nə keçən gecə Poltava vilayəti ərazisində qəzaya uğrayıb. Elpress.az xəbər verir ki, Məlumata görə, döyüş tapşırığını yerinə […]