--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ukrayna ICAO-ya Rusiya üzərində uçuşların dayandırılmasını təklif edib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:50 1026 baxış

Kiyev Rusiyanın hava məkanında mülki aviasiya üçün risklərin artdığını bildirib

Elpress.az xəbər verir ki, Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edərək Rusiya hava məkanında mülki aviasiya üçün təhlükələrin artdığını bildirib və bu marşrutlar üzrə uçuşlara yenidən baxılmasına çağırıb.

Kiyevin göndərdiyi məktubda vurğulanıb ki, ölkə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edir və Rusiyanın davam edən hava hücumlarına cavab tədbirləri görmək məcburiyyətindədir. Ukrayna tərəfi ICAO-dan Rusiya ərazisi üzərində həyata keçirilən mülki reyslərin təhlükəsizliyini qiymətləndirərkən artan riskləri nəzərə almağı istəyib. Müraciətdə bildirilib ki, pilotsuz uçuş aparatlarının fəallığının artması bəzi marşrutlar üçün əlavə təhlükələr yaradır. Bundan əvvəl Prezident Volodimir Zelenski də aviaşirkətlərə və sığorta şirkətlərinə müraciət edərək Rusiya hava məkanının getdikcə daha təhlükəli hala gəldiyini bildirmiş və ölkənin hava məkanının faktiki olaraq bağlanacağını bəyan etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

5 marşrut “brutto müqavilə” sisteminə keçib

Next Article

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukraynada hərbi qırıcı qəzaya uğradı

Aysel Əlibəyli 27 İyun 2026 · 16:49 1138 baxış Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi iyunun 27-nə keçən gecə Poltava vilayəti ərazisində qəzaya uğrayıb. Elpress.az xəbər verir ki, Məlumata görə, döyüş tapşırığını yerinə […]

Bəşər Əsəd ölüm cəzasına məhkum edildi

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:30 1036 baxış Suriyanın keçmiş prezidenti qiyabi məhkəmə nəticəsində ölüm hökmü alıb Elpress.az xəbər verir ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd barəsində ölüm hökmü çıxarılıb.Dəməşqdə fəaliyyət göstərən Cinayət Məhkəməsi […]

Kaya Kallas: Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:45 1082 baxış NATO-da Türkiyənin rolu vurğulandı: Güclü ordu və müdafiə sənayesi diqqət mərkəzində Elpress.az-ın Axar.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin NATO daxilindəki strateji əhəmiyyəti və hərbi imkanları yenidən […]