--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi yardım istəyir

Aysel Əlibəyli 01 İyul 2026 · 13:09 1038 baxış

Kiyevdən Brüsselə yeni müraciət: Ukrayna müdafiə xərcləri üçün milyardlarla avro tələb edir

Elpress.az-ın məlumatına əsasən, Ukrayna Avropa İttifaqından (Aİ) müdafiə ehtiyacları üçün 6,6 milyard avro həcmində hərbi dəstək tələb edib.Məlumata görə, Kiyev bu müraciəti Avropa Sülh Fondu vasitəsilə hərbi yardımın maliyyələşdirilməsi məqsədilə edib. Ukraynanın müdafiə naziri Mixaylo Fedorov tərəfindən göndərilən məktubda ölkənin artan müdafiə xərcləri ilə bağlı ehtiyaclar qeyd olunub.Bildirilib ki, Ukrayna büdcəsi ümumi həcmi 136 milyard avro olan müdafiə xərclərinin yalnız 53 milyard avroluq hissəsini qarşılaya bilir. Bu səbəbdən Avropa tərəfdaşlarından əlavə maliyyə dəstəyi istənilir.Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə Ukraynaya dronların alınması üçün nəzərdə tutulan 6 milyard avroluq yardım paketinin köçürülməsinə başlanıldığını açıqlayıb. Onun sözlərinə görə, bu vəsaitin ilk 3,9 milyard avroluq hissəsi artıq ayrılıb.Ukraynanın yeni maliyyə tələbi Avropa İttifaqının Kiyevə hərbi və maliyyə dəstəyinin davam etdirilməsi istiqamətində müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Next Article

FHN Gəncədə ticarət mərkəzində yanğın təlimi keçirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qlobal bazarlarda qarışıq dinamika

Aysel Əlibəyli 23 İyul 2026 · 08:53 1014 baxış Elpress.az xəbər verir ki, dünya fond bazarlarında son ticarət sessiyası müxtəlif istiqamətli nəticələrlə yadda qalıb. ABŞ birjalarında əsas indekslərdə eniş qeydə alınsa da, Avropa və Asiya-Sakit […]

Aİ-dən İspaniyaya müdafiə “yaşıl işıq”

Aysel Əlibəyli 12 İyun 2026 · 19:07 1064 baxış Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə xərclərini artırmasına şərait yaradan xüsusi büdcə mexanizminin tətbiqini rəsmən təsdiqləyib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə […]