--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Trampın İrana hücum planı təxirə salındı

Aysel Əlibəyli 03 Avqust 2026 · 15:54 1096 baxış

Hürmüz boğazı üzrə razılaşma və diplomatik təzyiqlər ABŞ-ın İrana zərbə planını dayandırdı

Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı nəzərdə tutduğu hərbi müdaxiləni ləğv etməsinə mühüm diplomatik addımlar səbəb olub. Əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin Qətər və ABŞ-ın birgə hazırladığı kompromis təklifini qəbul etməsidir. Razılaşmaya əsasən, Hürmüz boğazı yenidən gəmilərin gediş-gəlişi üçün açılır: körfəzə daxil olan gəmilər İranın, çıxanlar isə Omanın ərazi sularından istifadə edəcək. Oman tərəfi bu şərtləri bəyənsə də, qərarın İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən də dəstəkləndiyinə dair rəsmi təsdiq tələb edib.Eyni zamanda, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Donald Trampla telefonla danışaraq genişmiqyaslı hücumun region üçün yaradacağı təhlükələrdən narahatlığını çatdırıb. Qətər və Pakistanın daxil olduğu vasitəçi tərəflər də gərginliyi azaltmaq üçün ABŞ rəsmiləri və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla intensiv danışıqlar aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ailənin ard-arda ağır itkisi

Next Article

Restoranda mürəbbə davası məhkəmədə bitdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Parlamentin müdafiə nazirinə etimadı dünyaya mesajdır

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 10:43 1104 baxış İran Prezidenti Məsud Pezeşkian parlamentin Mehrdad Əxlagi Kitabçinin müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə təyin olunmasını təsdiqləməsini ölkə üçün mühüm siyasi dəstək kimi qiymətləndirib. Elpress.az […]

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:02 1088 baxış Bəzi ərazilərdə şimşək çaxıb, küləyin sürəti saniyədə 20 metrə çatıb Elpress.az xəbər verir ki, Avqustun 30-da ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq […]