ABŞ 60 ticarət tərəfdaşından idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib
Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası məcburi əməyə qarşı tədbirlərin kifayət etmədiyini əsas gətirərək 60 ticarət tərəfdaşından idxal olunan mallara 10 və 12,5 faiz həcmində yeni gömrük rüsumları tətbiq edib.
Yeni tariflər Avropa İttifaqı, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və digər ölkələri əhatə edir.ABŞ administrasiyasının bildirdiyinə görə, qərar beynəlxalq ticarətdə ədalətli rəqabətin təmin olunması və məcburi əməyin qarşısının alınması məqsədi daşıyır. Neft, qaz, gübrə və bəzi ərzaq məhsulları isə yeni rüsumlardan istisna edilib.


