--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Tramp İrana qarşı görünməmiş iqtisadi təcrid elan edib

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:26 1044 baxış

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni və sərt iqtisadi tədbirlərin başlanacağını açıqlayıb.

Elpress.az xəbər verir ki, Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada İranın razılaşma əldə etmək üçün yaradılan imkanlardan yararlanmadığını bildirib. O, bunun ardınca İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” kampaniyasına start verildiyini elan edib.ABŞ lideri həmçinin İranla iqtisadi əlaqələr saxlayan və Tehrana dəstək verən ölkələrin də ciddi iqtisadi nəticələrlə üzləşə biləcəyini bildirib.Trampın açıqlaması Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqləri artırdığı bir vaxtda səslənib. Bundan əvvəl ABŞ maliyyə naziri Skott Bessent də İranın iqtisadi baxımdan daha sərt şəkildə təcrid olunmasına yönəlmiş tədbirlərin hazırlanmasından danışıb.

Yeni kampaniyanın əsas hədəfləri sırasında İranın neft gəlirləri, maliyyə əməliyyatları və ölkəyə iqtisadi dəstək verən kanalların məhdudlaşdırılması dayanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yağış mövsümü gecikəcək, fırtınalar isə daha güclü olacaq

Next Article

AAYDA-da yeni təyinat: Emin Quliyev müşavir oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan hökuməti istefa verdi

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:28 1058 baxış Ermənistanda parlamentin ilk iclası günü Konstitusiya tələbinə əsasən nazirlər kabineti buraxıldı Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi hökumət rəsmən […]

Aİ sərhədlərində fiziki maneələr təklifi

Aysel Əlibəyli 03 Avqust 2026 · 23:11 1048 baxış Fon der Lyayen Seuta böhranından sonra Aİ-nin xarici sərhədlərinin sərtləşdirilməsinə çağırdı Elpress.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Seutada yaşanan kütləvi miqrasiya […]