Rusiya ordusunun hücumu nəticəsində 29 yaşlı qadın və 9 yaşlı oğlu həyatını itirib
Elpress.az xəbər verir ki, Ukraynanın Sumı vilayətində yaşayış evinə dronla endirilən zərbə nəticəsində iki nəfər ölüb, daha 4 nəfər yaralanıb.Sumı vilayəti hərbi administrasiyasının məlumatına görə, hücum Burın icmasında səhər saatlarında baş verib. İki reaktiv PUA ilə yaşayış evinə endirilən zərbə nəticəsində bina ciddi dağılıb və ərazidə yanğın baş verib.Hadisə zamanı 29 yaşlı qadın və onun 9 yaşlı oğlu həlak olublar. Yaralanan 4 nəfərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.


