--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

SEPAH: İran və Oman Hörmüz boğazından əldə olunan gəlirləri bölüşəcək

Aysel Əlibəyli 26 Avqust 2026 · 16:55 1030 baxış

SEPAH sözçüsü: ABŞ şərtləri qəbul etməsə, Hörmüz boğazı açılmayacaq

Elpress.az xəbər verir ki, İran və Oman arasında Hörmüz boğazında gəmiçiliklə bağlı aparılan danışıqlarda razılaşma əldə olunduğu bildirilib.SEPAH-ın mətbuat katibi Hüseyn Mohebbi qeyd edib ki, tərəflər boğazın hər bir ölkənin nəzarətində olan hissələri və gəmiçilikdən əldə ediləcək gəlirlərin bölüşdürülməsi ilə bağlı razılığa gəliblər.Onun sözlərinə görə, Hörmüz boğazı hazırda İranın nəzarətindədir və Tehranın icazəsi olmadan gəmilərin keçidi mümkün deyil. Mohebbi həmçinin bildirib ki, ABŞ-a məxsus hərbi gəmilər boğazdan təxminən 400 kilometr uzaqda yerləşir.SEPAH sözçüsü ABŞ-ın İranla əldə olunan anlaşma memorandumunun şərtlərinə əməl etməsinin vacib olduğunu vurğulayıb. O bildirib ki, Vaşinqton İranın irəli sürdüyü şərtləri qəbul etməsə, Hörmüz boğazının açılması mümkün olmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pezeşkian: ABŞ yeni sanksiyalarla heç nəyə nail olmayacaq

Next Article

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sumıda evə dron zərbəsi: ana və oğlu öldü

Aysel Əlibəyli 14 Avqust 2026 · 12:47 1024 baxış Rusiya ordusunun hücumu nəticəsində 29 yaşlı qadın və 9 yaşlı oğlu həyatını itirib Elpress.az xəbər verir ki, Ukraynanın Sumı vilayətində yaşayış evinə dronla endirilən zərbə nəticəsində […]