--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Rusiyalılar Qazaxıstana elektron icazə ilə gedəcək

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:16 1048 baxış

Qazaxıstan Rusiya vətəndaşları üçün elektron giriş icazəsi tətbiq edir

Elpress.az xəbər verir ki, Qazaxıstan Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını dəyişir. Yeni tələblərə əsasən, rusiyalıların Qazaxıstana səfər etməzdən əvvəl elektron giriş icazəsi əldə etməsi tələb olunacaq. Bununla bağlı müvafiq sənədi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.Əcnəbi vətəndaşlar üçün nəzərdə tutulan QazETA elektron giriş icazəsi sistemi ilkin mərhələdə pilot rejimdə fəaliyyət göstərəcək. Giriş zamanı şəxsin sistemdə qüvvədə olan icazəsinin olmadığı müəyyənləşdirilərsə, onun ölkəyə buraxılmaması üçün əsas yaranacaq.Yeni qaydaların tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Noyabrın 1-dən beynəlxalq reyslərlə Qazaxıstana gələn Rusiya vətəndaşları elektron icazə təqdim etməli olacaqlar.Noyabrın 15-dən Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrlə sərhədlərdən avtomobillə gələn rusiyalılar, noyabrın 30-dan isə Aİİ ölkələri ilə sərhədlərdən avtomobillə daxil olan şəxslər üçün bu tələb qüvvəyə minəcək. Dekabrın 15-dən etibarən isə qatar və dəniz limanları vasitəsilə Qazaxıstana səfər edən Rusiya vətəndaşları da elektron giriş icazəsi almalı olacaqlar.Elektron icazə 180 gün ərzində qüvvədə olacaq və bu müddət ərzində onun sahibi Qazaxıstana bir neçə dəfə səfər edə biləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Paşinyan: Azərbaycan və Türkiyə ilə münasibətlərdə irəliləyiş var

Next Article

Moskvada kilsə qarşısında hücum: bir nəfər öldürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bəşər Əsədə qiyabi ölüm hökmü verildi

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:19 1056 baxış Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsədi ölüm cəzasına məhkum edib Elpress.az xəbər verir ki, Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsəd barəsində ölüm hökmü çıxarıb.Dəməşq Cinayət […]

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:12 1042 baxış İran Prezidenti BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün sabah […]

Əraqçi: ABŞ təzyiq siyasətindən əl çəkməlidir

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:01 1062 baxış İran XİN rəhbəri ABŞ-la diplomatik danışıqların yenidən mümkün olduğunu açıqlayıb Elpress.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la diplomatik əlaqələrin və danışıqların bərpa […]

ABŞ-də jurnalist Çinə casusluğa görə 2 il həbs cəzası alıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:10 1036 baxış Tomas Veyr Pauken Çin kəşfiyyatının tapşırıqlarını yerinə yetirdiyini etiraf edib Elpress.az xəbər verir ki, ABŞ-də jurnalist Tomas Veyr Pauken Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə […]