--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Rusiya Macarıstana neft və qaz ixracını dayandıra bilər

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:48 1034 baxış

Rusiyalı deputat Budapeştin mövqeyindən sonra enerji tədarükünün risk altına düşə biləcəyini deyib

Elpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Macarıstanın Moskva ilə bağlı dəyişən mövqeyinin iki ölkə arasındakı enerji əməkdaşlığına təsir göstərə biləcəyini bildirib.Kolesnik “Gazeta.ru”ya açıqlamasında Budapeştin Rusiyanı təhlükə kimi qiymətləndirməsindən sonra Macarıstana neft və qaz tədarükünün gələcək taleyinin sual altında qala biləcəyini deyib. Onun sözlərinə görə, Macarıstanın mövqeyinin formalaşmasında Brüsselin təsiri var.Rusiyalı deputatın bu açıqlaması Macarıstan hökumətinin xarici siyasət istiqamətində dəyişiklik barədə bəyanatından sonra səslənib. Budapeştin BMT Baş Assambleyasının 81-ci sessiyası ərəfəsində hazırladığı sənəddə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü pislənilir, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur. Sənəddə Rusiyanın Macarıstan, Avropa və beynəlxalq təhlükəsizlik üçün risk yaratdığı bildirilib.Bununla yanaşı, Kolesnikin açıqlamasının Rusiyanın Macarıstana enerji ixracını dayandırmaqla bağlı qəbul etdiyi rəsmi qərar olmadığı vurğulanır. Macarıstan hələ də Rusiya enerji resurslarından əhəmiyyətli dərəcədə asılıdır. Bu səbəbdən mümkün neft və qaz tədarükü məhdudiyyətlərinin ölkənin enerji təminatına ciddi təsir göstərə biləcəyi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparıb

Next Article

ABŞ İsrailə İrana zərbə endirməməsi barədə xəbərdarlıq edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Putin: Doğum səviyyəsi Rusiyanın əsas problemlərindən biridir

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:43 1043 baxış Rusiya Prezidenti ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görüləcəyini bildirib Elpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkədə doğum səviyyəsinin aşağı düşməsini əsas problemlərdən biri […]

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:25 1032 baxış Tehranla əməkdaşlıq edən şirkətlər və maliyyə qurumları dollar sistemindən kənarlaşdırıla bilər Elpress.az xəbər verir ki, ABŞ administrasiyası İrana qarşı maliyyə təzyiqlərini daha da gücləndirməyə hazırlaşır. Yeni […]

Türkiyə bayrağını yandıran qadın saxlanılıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:34 1042 baxış Muğlada Türkiyə bayrağını yandırmaqda şübhəli bilinən 31 yaşlı qadın həbs edilib Elpress.az xəbər verir ki, Türkiyənin Muğla bölgəsində Türkiyə bayrağının yandırılması ilə bağlı hadisə baş verib.Hadisə […]