--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Britaniya parlamenti: Müdafiə xərclərinin gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Aysel Əlibəyli 07 İyun 2026 · 13:36 1156 baxış

Böyük Britaniya Parlamenti nəzdində dövlət xərclərinə nəzarət edən parlament komitəsi hökumətin müdafiə xərcləri üzrə planlaşdırma və qərarlarının gecikdirilməsinin ölkənin beynəlxalq tərəfdaşlar qarşısında etibarlılığına və strateji mövqeyinə mənfi təsir göstərdiyini vurğulayıb.

Böyük Britaniya Parlamenti nəzdində fəaliyyət göstərən İctimai Hesablar Komitəsinin hesabatında bildirilir ki, Müdafiə İnvestisiya Planının ötən ilin payızında açıqlanması nəzərdə tutulsa da, sənədin yalnız NATO-nun gələn ay keçiriləcək sammiti ərəfəsində təqdim ediləcəyi gözlənilir. Komitə hesab edir ki, planın gecikdirilməsi ən müasir hərbi texnika və müdafiə avadanlıqlarının satın alınmasını daha baha başa gətirərək dövlət xərclərinə əlavə yük yaradır və bu vəziyyət ölkənin Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesini zəiflədir.Sənəddə qeyd olunur ki, Müdafiə İnvestisiya Planı növbəti on il ərzində yeni hərbi texnika, silah sistemləri və müdafiə infrastrukturunun maliyyələşdirilməsi üçün əsas çərçivəni müəyyənləşdirəcək. Eyni zamanda, Böyük Britaniya Müdafiə Nazirliyi nümayəndələri bildirirlər ki, bu plan əvvəlki hökumətdən miras qalmış köhnəlmiş, həddindən artıq öhdəliklərlə yüklənmiş və kifayət qədər maliyyələşdirilməmiş müdafiə proqramlarında mövcud problemlərin aradan qaldırılmasına və sistemin daha səmərəli şəkildə yenidən qurulmasına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İdxal-ixrac prosedurları tam elektron müstəviyə keçdi

Next Article

DÇ səfəri: pəncərəsiz avtobusla yolçuluq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp üçtərəfli müdafiə sazişini alqışladı

Aysel Əlibəyli 17 Avqust 2026 · 11:06 1084 baxış ABŞ prezidenti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan razılaşmanı mühüm addım adlandırıb Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan […]

Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:34 1098 baxış Kreml iki liderin APEC sammiti çərçivəsində mümkün görüşü barədə açıqlama verib Elpress.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın noyabr ayında […]