Rusiya Müdafiə Nazirliyi üç kənd üzərində nəzarətin ələ keçirildiyini və Ukrayna ordusunun itkilər verdiyini bildirib
Elpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk və Sumı vilayətlərində bir neçə yaşayış məntəqəsinə nəzarətin ələ keçirildiyini iddia edib.Nazirliyin yaydığı məlumata əsasən, Sumı vilayətində Xrapovşina kəndinin, Donetsk vilayətində isə Novoandreyevka və Rubijnye kəndlərinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyi bildirilib.Rusiya tərəfi həmçinin son 24 saat ərzində Ukrayna ordusunun 1425 hərbçisinin itki verdiyini açıqlayıb.Ukrayna rəsmiləri isə hələlik Rusiya Müdafiə Nazirliyinin bu məlumatları ilə bağlı açıqlama verməyib.


