Rusiya zərbələri nəticəsində 42 nəfərin yaralandığı, onlarla binaya ziyan dəydiyi bildirilir
Elpress.az xəbər verir ki, Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı artıb.“Ukraynskaya Pravda”nın məlumatına görə, hücum zamanı həyatını itirənlərin sayı 37 nəfərə çatıb. Hadisə nəticəsində daha 42 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.İlkin məlumatlarda ölənlərin sayının 27 olduğu, yaralananların sayının isə 40 nəfəri keçdiyi açıqlanmışdı. Kiyev vilayət administrasiyasının rəhbəri Timur Tkaçenko itkilərin sayının arta biləcəyini istisna etməyib.Hücum nəticəsində Buça rayonunda təxminən 50 yaşayış binasının müxtəlif dərəcədə zərər gördüyü qeyd olunur. Təhlükəsizlik məqsədilə ətraf ərazilərdə yaşayan 400-ə yaxın sakin təxliyə edilib.


