--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

NATO-nun diqqəti Türkiyədə

Aysel Əlibəyli 01 İyul 2026 · 12:15 1030 baxış

Ankara sammitində müdafiə sənayesi və hərbi xərclər əsas mövzu olacaq

Elpress.az-ın məlumatına əsasən, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin alyans daxilində strateji rolunu və müdafiə sənayesində artan imkanlarını yüksək qiymətləndirib.Rutte bildirib ki, NATO müttəfiqləri müdafiə xərcləri ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirməli və hərbi sənaye istehsalını artırmalıdırlar. Onun sözlərinə görə, Türkiyə təxminən 3 min müdafiə şirkətinin fəaliyyət göstərdiyi mühüm müdafiə sənayesi mərkəzinə çevrilib.NATO Baş katibi qeyd edib ki, Ankarada keçiriləcək sammit əvvəlki görüşlərdən fərqli olaraq daha çox təminatların həyata keçirilməsi, hərbi imkanların gücləndirilməsi və müdafiə istehsalının artırılması məsələlərinə həsr olunacaq.Rutte vurğulayıb ki, Avropa ölkələri və Kanada son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Onun sözlərinə görə, son iki il ərzində bu istiqamətdə təxminən 250 milyard dollar əlavə vəsait ayrılıb.Alyans rəhbəri Ukraynaya dəstəyin davam etdirilməsinin və müdafiə sənayesi istehsalının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, uzun istehsal müddətləri və aşağı məhsuldarlıq müdafiə sahəsində əsas çağırışlardan biri olaraq qalır.Türkiyənin müdafiə sənayesindəki inkişafına toxunan Rutte ölkənin artan texnoloji imkanlarının və geniş sənaye bazasının NATO üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində alyansa üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək. Bu, 2004-cü ildə İstanbul sammitindən sonra Türkiyənin ev sahibliyi etdiyi ikinci böyük NATO zirvəsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

bölgələrdə 20%-dək endirim

Next Article

Zalujnı prezidentliyə namizəd olmaq istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampdan İranla bağlı çağırış

Aysel Əlibəyli 19 İyul 2026 · 17:25 1016 baxış Tramp İranın sanksiyalar siyahısına əlavə olunmasını istədi Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp respublikaçıları İranın Rusiya ilə bağlı sanksiyalar haqqında qanun layihəsinə əlavə edilməsinə […]

Dünya neft bazarında eniş dalğası

Aysel Əlibəyli 13 İyun 2026 · 09:50 1052 baxış Londonun ICE birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” markalı neft üzrə 2026-cı ilin avqust ayı üçün fyuçers müqavilələrinin qiyməti 3,37 faiz azalaraq bir barel üçün 87,33 […]

Fransada silah arsenalı aşkarlanıb, terror istintaqına başlanılıb

Aysel Əlibəyli 12 İyul 2026 · 22:00 1018 baxış Fransanın paytaxtı Paris yaxınlığında silahlarla dolu avtomobilin aşkar edilməsindən sonra ölkədə terrorla bağlı genişmiqyaslı istintaq başladılıb. Elpress.az xəbər verir ki , Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) […]