--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Moskva Ermənistan mənşəli çiçəklərin reeksportunu araşdırır

Aysel Əlibəyli 17 İyul 2026 · 15:54 1034 baxış

“Rosselxoznadzor” İrandan Rusiyaya ixrac edilən çiçəklərlə bağlı fitosanitar sertifikatlaşdırmanın dayandırılmasını istəyib

Elpress.az xəbər verir ki , Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) İrandan Rusiyaya ixrac edilən çiçəklərlə bağlı fitosanitar sertifikatlaşdırmanın müvəqqəti dayandırılmasını təklif edib.Qurumun yaydığı məlumata görə, 2026-cı ildə İrandan Rusiyaya idxal olunan çiçəklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Sənədlərdə məhsulların mənşə ölkəsi İran kimi göstərilsə də, onların görünüşü və qablaşdırılmasının əvvəllər Ermənistandan gətirilən çiçəklərlə eynilik təşkil etdiyi bildirilib.“Rosselxoznadzor” qeyd edib ki, 22 may 2026-cı il tarixindən Ermənistandan Rusiyaya çiçək idxalına müvəqqəti qadağa tətbiq olunub. Qurum hesab edir ki, mövcud vəziyyət Ermənistan mənşəli çiçəklərin İran ərazisi vasitəsilə Rusiyaya reeksport edilməsi ehtimalını yaradır.Bildirilib ki, məsələ ilə bağlı İranın Bitki Mühafizəsi Təşkilatına əvvəlcədən məlumat verilsə də, qarşı tərəfdən cavab alınmayıb. Bu səbəbdən “Rosselxoznadzor” ikitərəfli danışıqlar başa çatana və məsələyə tam aydınlıq gətirilənədək Rusiyaya ixrac ediləcək çiçəklərin fitosanitar sertifikatlaşdırılmasının dayandırılmasını xahiş edib.Qurum vurğulayıb ki, görülən tədbirlər Rusiyanın və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin fitosanitar təhlükəsizliyinin qorunmasına xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda kişi ailə münaqişəsindən sonra evini yandırdı

Next Article

Bayramov: Mürəkkəb mərhələ geridə qaldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü

Aysel Əlibəyli 01 İyul 2026 · 23:57 1058 baxış Elpress.az xəbər verir ki, Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı artaraq 2 295 nəfərə çatıb. Məlumata görə, bu barədə ölkə parlamentinin […]

Merz: Ukraynanın Aİ-yə üzvlüyü yaxın deyil

Elşən 25 Aprel 2026 · 07:10 1081 baxış Friedrich Merz jurnalistlərə açıqlamasında bildirib ki, Ukraine-nın yaxın vaxtlarda Avropaa İttifaqına tam hüquqlu üzv kimi qoşulması hazırda real görünmür. Elpress.az-ın Trend.az a istinadən verdiyi xəbərə görə, o […]