--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İtaliyada 6 milyon avroluq kakao daşıyan Türk TIR-ı qarət edildi

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 10:24 1120 baxış

Elpress.az xəbər verir ki, Antalya mərkəzli logistika şirkətinə məxsus, təxminən 6 milyon avro dəyərində kakao daşıyan Türk TIR-ı İtaliyanın Bari şəhəri yaxınlığında silahlı şəxslərin hücumuna məruz qalıb

Hadisə sentyabrın 16-da saat 18:00 radələrində A-14 avtomagistralında baş verib. Maskalı və silahlı 4 nəfər avtomobillə TIR-ın qarşısını kəsərək atəş açıb. Daha sonra hücumçular rabitəni kəsmək üçün jammerdən istifadə edib, sürücünü avtomobildən düşürərək döyüb və TIR-ı qaçırıblar.Hadisə zamanı hücum edən şəxslərin atəş açması TIR-ın kamerasına da düşüb. Sürücü bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayaraq baş verənlər barədə məlumat verib.

İtaliya polisi TIR-ın yerini müəyyənləşdirərək avtomobili aşkar edib. Lakin hücumçular yük bölməsini aça bilmədikləri üçün TIR-ı içindəki yüklə birlikdə tərk edərək qaçıblar.Hazırda TIR və yük İtaliyadadır. Hadisə ilə bağlı araşdırma aparılır, 4 şübhəlinin saxlanılması istiqamətində tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

EBRD-nin Azərbaycandakı kredit portfeli 888 milyon avro olub

Next Article

Azərbaycan Türk Forumunun onlayn açılışı keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İraq nefti Suriya üzərindən daşınır

Aysel Əlibəyli 19 İyul 2026 · 17:06 1148 baxış İraq neft ixracında Suriya marşrutundan istifadəsini artırır Elpress.az xəbər verir ki, İraq Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda neft məhsullarının ixracı üçün Suriya üzərindən yük avtomobilləri […]

Şamonda virusunun insanda ilk yoluxma halı qeydə alındı

Aysel Əlibəyli 24 Oktyabr 2026 · 17:55 1080 baxış Fransada indiyədək əsasən heyvanlarda yayıldığı bilinən Şamonda virusunun insanda ilk təsdiqlənmiş yoluxma halı aşkarlanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir. Elpress.az xəbər verir ki, Fransa səhiyyə […]

ABŞ İrana qarşı yeni hərbi əməliyyata başladı

Aysel Əlibəyli 09 İyul 2026 · 00:52 1184 baxış ABŞ Silahlı Qüvvələri İrana qarşı əlavə hava zərbələri endirməyə başlayıb. Elpress.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi “X” hesabında məlumat […]